Ukraynaya qayıtmaq üçün şəxsiyyət vəsiqəsi şəxsiyyəti təsdiq edən, Ukrayna vətəndaşlığını təsdiq edən sənəddir (qanunlarla nəzərdə tutulan hallar istisna olmaqla), Ukraynaya giriş hüququ verir, Ukraynın xarici diplomatik müəssisələri tərəfindən rəsmiləşir və verilir.
• Ukrayna hüdudlarından kənarda olan zaman Ukrayna vətəndaşlığını təsdiq edən və / və ya Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədin itirilməsi və ya oğurlanması halında;
• əgər Ukrayna vətəndaşlığını təsdiq edən və Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədin qüvvədə olma müddəti bitmişsə;
• Ukrayna vətəndaşlığını təsdiq edən və Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənəd digər səbəblərdən etibarsız olması müəyyən olunduğu halda;
• Ukrayna vətəndaşı Ukrayna vətəndaşlığını təsdiq edən və / və ya Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədi rəsmiləşdirmədiyi halda.
Vəsiqə həmçinin Ukraynada daimi yaşayış hüququ olan vətəndaşlığı olmayan , Ukraynada qaçqın və ya əlavə müdafiəyə ehtiyacı olan şəxslər hesab olunan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Ukraynada verilən şəxsiyyəti təsdiq edən və Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədlərin itirilməsi və ya korlanması halında verilir, əgər müəyyən olunursa ki, belə bir sənədlərin qüvvədə olma müddəti bitib və ya onların başqa səbəblərdən etibarsız olması müəyyən olunursa.
Vəsiqənin rəsmiləşməsi və verilməsi bir iş günü ərzində həyata keçilir, lakin bütün sənədlərin təqdim olunması və diplomatik müəssisənin konsulluğunun vəzifəli şəxsi tərəfindən qüvvədə olan qanunverciliklə nəzərdə tutulan məlumatların alınması və konsulluq rüsumunun ödənilməsindən sonra beş iş günündən gec olmayaraq.
Yazılı sorğu göndərmək lazım olduğu halda vəsiqənin rəsmiləşməsi müddəti sorğuya cavabın alınması anına qədər uzadıla bilər, lakin 30 gündən çox olmamaq şərti ilə.
Vəsiqənin rəsmiləşməsi və verilməsi aşağıdakı hallarda rəsmiləşir:
• on altı yaşına çatmış şəxsə - onun özünün təqdim etdiyi ərizə-anket əsasında;
• on altı yaşına çatmamış şəxsə, məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətsiz hesab olunan şəxsə - valideynlərdən (övladlığa götürənlərdən), qəyyumlardan, himayədarlardan və ya digər qanuni nümayəndlərdən (bundan sonra – qanuni nümayəndə) birinin verdiyi ərizə anket əsasında.
Barələrində readmissiya haqqında qərar qəbul olunan şəxslərə, əgər bu Ukrayna Ali Radası tərəfindən məcburiliyinə razılıq verilən Ukrayna beynəlxalq müqaviləsi ilə nəzərdə tutulubsa və barəsində müvafiq dövlətdən məcburi deportasiya haqqında qərar qəbul olunan şəxsə vəsiqə həmin dövlətin səlahiyyətli orqanının müraciəti əsasında rəsmiləşə bilər.
Vəsiqənin rəsmiləşməsi üçün ərizəçi və ya onun qanuni nümayəndəsi diplomatik idarəyə aşağıdakı sənədləri verir:
1. ərizə-anket;
2. şəxsin aşağıdakılara dair müraciətini təsdiq edən, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sənəd (protokol, arayış, və s.):
• Ukrayna vətəndaşlığını təsdiq edən və Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədi itirməsi və ya oğurlanması;
• Ukraynada daimi yaşayış hüququ olan vətəndaşlığı olmayan , Ukraynada qaçqın və ya əlavə müdafiəyə ehtiyacı olan şəxslər hesab olunan xarici vətəndaşlara vəvətəndaşlığı olmayan şəxslərə Ukraynada verilən şəxsiyyəti təsdiq edən və Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədin itirilməsi və ya oğurlanması faktını təsdiq edən xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilən sənəd (protokol, arayış və s.)
3. Ukrayna vətəndaşlığını təsdiq edən və / və ya Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən şəxsiyyəti təsdiq edən sənəd (olduğu halda);
4. Ukraynada daimi yaşayış icazəsi olan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini və statusunu təsdiq edən sənəd (olduğu halda), Ukraynada qaçqın və ya əlavə müdafiəyə ehtiyacı olan şəxslər hesab olunan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Ukraynada verilən şəxsiyyəti təsdiq edən və / və ya Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənəd;
5. şəxsin Ukrayna vətəndaşı kimi qeydiyyatı haqqında arayış (valideynləri və ya valideynlərindən biri Ukrayna vətəndaşı olduğu və daimi Ukrayna ərazisində yaşadığı halda və belə bir uşağa Ukrayna vətəndaşlığını təsdiq edən və / və ya Ukraynadan səfərə və Ukraynaya girişə hüquq verən sənədlər rəsmiləşmədiyi halda)
6. əgər uşağa vəsiqə rəsmiləşirsə və ya uşaq haqqında məlumatlar qanuni nümayəndənin vəsiqəsinə daxil edildiyi halda uşağın doğum haqqında şəhadətnaməsi və ya xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən doğum faktını təsdiq edən sənəd;
Xarici ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunur, əgər digər Ukraynanın beynəlxalq müqavilələri ilə nəzərdə tutulmayıbsa.
(Məsələn, Xarici rəsmi sənədlərin leqallaşması tələbini ləğv edən Konvensiya). Belə bir sənədlər Ukrayna dilinə notariat qaydasında təsdiq olunan tərcümə ilə verilir.
7. qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və qanuni nümayəndə kimi şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (sənədlər qanuni nümayəndə tərəfindən verildiyi halda);
8. şəxsin rəqəmsallaşdırılmış obrazının skan vasitəsi ilə daxil edilməsi üçün 10 x 15 santimetr ölçüdə bir rəngli fotoşəkil( on iki yaşa çatmamış şəxs, sağlamlığın uzunmüddətli pozulması səbəbindən müstəqil hərəkət edə bilməyən və ya ərizəçinin yazın diplomatik idarəyə gəlməsinin mümkünsüzlüyünü təsdiq edən əsaslı halları olan şəxsə şəxsiyyət vəsiqəsi rəsmiləşdiyi halda)
9. konsulluq rüsumunun ödənilməsini təsdiq edən sənəd
Rəsmiləşmiş vəsiqə şəxsən ərizəçiyə və ya onun qanuni nümayəndəsinə verilir.
On altı yaşa çatmamış şəxsə rəsmiləşmiş vəsiqə müəyyən olunmuş qaydada təsdiqlənən etibarnamə əsasında qanuni nümayəndə tərəfindən səlahiyyətli şəxs tərəfindən verilə bilər.
Əgər vətəndaş ərazisində diplomatik idarə olmayan ölkədə sənədləri itiribsə, rəsmiləşmi vəsiqə belə bir ölkənin qanunvericiliyi ilə icazə verildiyi halda poçt rabitəsi və ya ekspress-əlaqə vasitəsi ilə ərizəçiyə çatdırıla bilər.
Barəsində readmisiya və ya məcburi deportasiya haqqında qərar qəbul olunan şəxsin adına vəsiqənin rəsmiləşməsi üçün xarici ölkənin səlahiyyətli orqanı diplomatik müəssisəyə aşağıdakı sənədləri verir:
1. vəsiqənin rəsmiləşməsi və verilməsi haqqında rəsmi müraciət;
2. adına vəsiqə rəsmiləşən şəxs haqqında məlumatlar qeyd olunmaqla ərizə - anket;
3. şəxsiyyəti təsdiq edən, Ukrayna vətəndaşlığını təsdiq edən və / və ya Ukraynadan səfər və Ukraynaya giriş hüququ verən sənəd və ya Ukraynada daim yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini və statusunu təsdiq edən sənəd (olduğu halda) və ya Ukraynada qaçqın və ya əlavə müdafiəyə ehtiyacı olan şəxslər hesab olunan xarici vətəndaş və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti təsdiq edən və / və ya Ukraynadan səfər və Ukraynaya giriş hüququ verən sənəd;
4. məcburiliyinə icazə Ukrayna Ali Məhkəməsi tərəfindən verilən Ukrayna beynəlxalq müqaviləsi olduğu halda readmisiya haqqında qərar və ya Ukraynaya məcburi deportasiya haqqında qərar;
5. adına vəsiqə rəsmiləşən şəxsin üzünün rəqəmsallaşmış obrazının skan vasitəsi ilə daxil edillməsi üçün iki ədəd 3,5 x 4,5 santimetr ölçüdə iki rəngli fotoşəkil və ölçüsü 10 x 15 santimetr olan bir rəngli fotoşəkil (imkan olduğu halda).
Vəsiqənin qüvvədə olma müddəti vəsiqə təqdim edənin Ukraynaya qayıtmaq üçün real imkanı nəzərə alınmaqla vəsiqənin verilməsinə məsu olan diplomatik idarənin konsulluğunun vəzifəli şəxsi tərəfindən müəyyən olunur, lakin digər Ukraynanın beynəlxalq müqavilələri ilə nəzərdə tutulmayıbsa, 30 gündən artıq ola bilməz.
Xəstəlik, bədbəxt hadisə və qanunvericiliklə nəzərdə tutulmuş dugər səbəblər olduqda, vəsiqənin qüvvədə olma müddəti ərizəçinin və ya onun qanuni nümayəndəsinin və ya təqdimatı əsasında vəqsiqənin rəsmiləşdiyi orqanın vəsatəti əsasında şəxsin Ukraynaya qayıtdığı zaman insanın Ukrayna ərazisinə qayıtması üçün lazım olan müddətə, lakin 30 gündən artıq olmayaraq diplomatik idarənin konsulluğunun vəzifəli şəxsi tərəfindən uzadıla bilər.