Ukrayna vətəndaşlıq məsələləri aşağıdakılarla təmzimlənir:
• “Ukrayna vətəndaşlığı haqqında” Ukrayna qanunu;
Ukraynanın xarici diplomatik müəssisələri xaricdə daimi yaşayan şəxslərə dair vətəndaşlıq məsələri üzrə səlahiyyətləri həyata keçirir (Ukrayna vətəndaşlığının doğum üzrə əldə olunmasının rəsmiləşməsi istisna olmaqla, qeyd olunan həmçinin müvəqqəti olaraq xaricdə yaşayan şəxslərə dair həyata keçirilir).
Vətəndaşlıq məsələləri üzrə ərizə yazılı formada tərtib olunma tarixi qeyd olunmaqla verilir və ərizəçi tərəfindən imzalanır. Vətəndaşlıq məsələləri üzrə ərizə və digər sənədləri ərizəçi şəxsən verilir.
Uşağın vətəndaşlıq məsələləri üzrə ərizəni onun valideynlərindən biri və ya uşağın digər qanuni nümayəndəsi imzalayır. Uşağın vətəndaşlıq məsələləri üzrə ərizə və digər sənədlər onun valideynlərindən biri və ya uşağın digər qanuni nümayəndəsi tərəfindən uşağın və ya valideynlərindən birinin və ya digər qanuni nümayəndənin yaşayış yeri üzrə verilir.
Həddi buluğa çatana qədər nikahı qeydə alınan şəxs və ya Ukrayna Mülki məcəlləsinə müvafiq həddi buluğa çatana qədər tam mülki fəaliyyət qabiliyyətinə malik şəxs özü vətəndaşlıq məsələləri üzrə ərizəni imzalayır və müstəqil təqdim edir.
Əgər ərizəçi savadsızlığı və ya fiziki qüsurları səbəbindən ərizəni imzalaya bilmirsə, onun xahişi ilə ərizəni digər şəxs imzalayır.
Üzrlü səbəblər olduğu halda (ərizəçinin xəstəliyi, təbii fəlakət və s.) vətəndaşlıq məsələləri üzrə ərizəni və digər sənədləri ərizəçinin xahişi ilə digər şəxs verə bilər və ya poçtla göndərilə bilər.
Fəaliyyət qabiliyyəti olmayan şəxsin vətəndaşlıq məsələləri üzrə ərizəsi və digər sənədlər onun qəyyumu tərəfindən imzalanır və verilir.
Vətəndaşlıq məsələsi üzrə ərizə və digər sənədlər Ukraynanın xarici diplomatik müəssisəsinə verildiyi halda ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd, həmçinin onun xaricdə daimi yaşaması haqqında sənəd təqdim olunur.