Mədəni-humanitar sahəsində əməkdaşlıq iki ölkənin xalqları arasında mövcud ənənəvi sıx əlaqələrlə müəyyən edilir və Ukrayna və Azərbaycan arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlığın dərinləşməsi səbəblərindən biri kimi vacib rol oynayır.
mədəniyyət və incəsənət sahəsində
Bu sahədə ikitərəfli qarşılıqlı əlaqələrin inkişafı üzrə hüquqi əsas 1997-ci ildə bağlanmış Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş hesab olunur. Hal-hazırda, bu Sazişin praktik implementasiyası məqsədilə, tərəflərin 2016-cı ildə imzaladığı Ukrayna Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq Proqramının icrası həyata keçirilir. Bu sənədlə Ukrayna və Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin, musiqi və rəqs kollektivlərinin çıxış və qastrollarının keçirilməsinə şəraitin yaradılması; mədəniyyət və incəsənət sahələrindəki mütəxəssislərin Ukrayna və Azərbaycan ərazisində keçirilən beynəlxalq festival, müsabiqə, sərgi, simpozium, konfrans, seminar və digər mədəni tədbirlərdə iştirakı; rəsm və foto sərgi mübadiləsi; mədəni irs və tarixi heykəllərin müdafiəsi, qorunması və restavrasiyası sahəsində təcrübə mübadiləsi; muzey və kitabxana işi sahəsində əməkdaşlıq; mədəniyyət və incəsənət xadimləri, müəssisələri, eləcə də mədəni dəyərlərin mühafizəsi və qorunmasına görə məsul müəssisələr arasında birbaşa əlaqələrin yaradılmasına təsir; mədəniyyət sahəsində digər növ əməkdaşlıq yolu ilə hər iki ölkədə mədəniyyət və incəsənət müəssisələri arasında əməkdaşlığın inkişafının dövlət səviyyəsində təşviqi nəzərdə tutulub.
Bu sahədə ikitərəfli əməkdaşlığın inkişafına təsir etmək kontekstində Ukrayna Səfirliyi Azərbaycanın qabaqcıl muzeyləri ilə fəal əlaqələri, yerli rəssamların keçirilən sərgi tədbirlərində iştirakını dəstəkləyir, eləcə də Ukrayna ədəbiyyat əsərlərininAzərbaycan dilində nəşri kontekstində Azərbaycanın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq edir. Xüsusi diqqət birgə mədəni-incsənət layihələrinin həyata keçirilməsi, hər iki ölkənin bu sahədə institut və tanınmışxadimləri arasında əlaqələrin genişlənməsinə ayrılır.
Azərbaycanda Ukraynanın tanınmış xadimlərinin heykəlləri qurulub, xüsusilə də: T.Q. Şevçenkonun Zaqatala ş. barelyefi (2007-ci ildə açılıb, 28.06.2019-cu il tarixində Ukraynanın AR-dakı səfirliyinin təşəbbüsü ilə heykəlin yenilənməsi aparılıb), L.Ukrayinkanın Bakı ş. Qaradağ rayonundakı büstü (2006-cı il), Azərbaycanın paytaxtında mərkəzi rayoların birində T.Q.Şevçenkonun heykəli (2008-ci ildə Ukrayna və Azərbaycan Prezidentləri tərəfindən açılıb). Həmçinin, Azərbaycan paytaxtın mərkəzində 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Xüsusi diplomatik missiyasının yerləşdiyi binanın üzərində memorial lövhəsi qurulmuşdur (2009-cu ildə Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanıaçılıb).
təhsil sahəsində
Təhsil sahəsi ənənəvi olaraq Ukrayna və AR arasındakı əməkdaşlığın ən dinamik istiqamətlərindən biridir. Bu da Azərbaycan gəncliyinin Ukraynada təhsil almağa marağı, eləcə də Ukrayna ali təhsilinin nüfuzu, iki ölkənin tədris müəssisələri arasındakı ənənəvi əlaqələrlə əsaslandırılır.
Ukraynanın bir hissəsinin RF tərəfindən müvəqqəti olaraq işğal edilməsinə baxmayaraq, bu halın Azərbaycanlı tələbələrin nisbətən azalmasına səbəb olduğuna baxmayaraq, AR vətəndaşlarının Ukraynanın ATM-də sayı hal-hazırda 4 min 628 nəfər təşkil etmişdir ki, bu da Ukraynadakı xarici tələbələr üzrə dördüncü göstərici olmuşdur. (1-ci yer – Hindistan (18 min 095 nəfər), 2-ci yer – Mərakeş (8 min 832 nəfər), 3-cü yer Türkmənistan (5 min 322 nəfər), 5-ci yer – Nigeriya (4 min 227 nəfər).
AR-da ukraynalı tələbələr üçün ən populyar ali təhsil sahələri maliyyə və iqtisadiyyat, hüquq, tibb və idarəetmə ilə bağlı ixtisaslar olaraq qalır. 2021-2022-ci illər üzrə AR-in ali təhsil müəssisələrində 38 Ukrayna vətəndaşı təhsil alıb.
05-06.10.2017-ci il tarixlərində Ukrayna TEN-nin beynəlxalq təhsil üzrə Ukrayna dövlət mərkəzinin direktoru O.O.Şapovalovanın rəhbərliyi ilə Mərkəzin nümayəndə heyəti, eləcə də Y.Kondrayuk adına Poltava milli texniki universitetinin (PMTU) rektoru V.O.Onişenkonun başçılığı ilə universitetin nümayəndə heyəti və Ukraynada ali təhsilin üstünlüklərini Azərbaycan gəncliyinə və mütəxəssislərinə nümayiş etdirmək üçün “Təhsil sahəsində yeni trendlər. Bakı-2017” beynəlxalq NET-konfransında və “Təhsil” illik beynəlxalq konfransında iştirak etmişlər.
PMTU nümayəndə heyəti Bakıda olarkən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), eləcə də Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb. 2018-ci ildə PMTU ADNSU ilə ikili diplom proqramı üzrə bakalavrların birgə hazırlanması haqqında müqavilə imzalayıb. 06.07.2021-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, eləcə də “Baku Drilling School” rəhbərliyi ilə keçirilən görüş nəticəsində “Y. Kondratyuk adına Poltava politexnik” Milli Universiteti (Ukrayna), “Wellsite” Digital” MMC (Ukrayna) və “Baku Drilling School” (Azərbaycan Respublikası) arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır ki, bu sənədə əsasən neft-qaz sənayesi mütəxəssislərinin elmi-texniki biliklərinin inkişafı üzrə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq nümunəvi sertifikatların verilməsi, təlimçilərin və kadrların mübadiləsi, birgə elmi tədbirlərin və tədqiqat layihələrinin keçirilməsi nəzərdə tutulur.
8 iyul 2019-cu il tarixində AR-na səfər çərçivəsində T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun (KMU) və “Azərbaycan Diplomatik Akademiyası” (ADA) Universitetinin rəhbərləri arasında magistratura proqramları sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. 30 noyabr 2021-ci il tarixində rektor V.Buqrovun rəhbərlik etdiyi KMU nümayəndə heyətinin Bakıda olduğu müddətdə Ukrayna Mərkəzinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüş zamanı tərəflərin təhsil sahəsində qarşılıqlı əməkdaşlığı, tələbələrin və müəllimlərin mübadiləsi üzrə birgə layihələrin həyata keçirilməsi, o cümlədən Ukrayna təhsilinin və dilinin Azərbaycanda təbliği üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Görüşün nəticəsi olaraq KMU ilə Ukrayna Mərkəzi arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. 02.09.2019-cu il tarixində Bakı şəhərində Y.Mudrıy adına Milli Hüquq Universiteti ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Memorandumu imzalanıb. 11 iyun 2019-cu il tarixində Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmiş, səfər zamanı Azərbaycan İnşaat və Memarlıq Universiteti ilə Anlaşma Memorandumu imzalanmış, müəllim və tələbə mübadiləsi məsələləri müzakirə edilmişdir. 25 noyabr 2019-cu il tarixində M.Jukovski adına Milli Aerokosmik Universiteti (“XAİ”) və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqınsa müqavilə imzalanmışdır. 14 aprel 2021-ci il tarixində Gəncə şəhərində Odessa və Gəncə Dövlət Aqrar Universitetləri arasında Anlaşma Memorandumu imzalanmışdır.
Hazırda AR-da Ukrayna mədəniyyəti, ədəbiyyatı və tarixinin öyrənilməsi üzrə mütəxəssislər hazırlayan yeganə qurum Bakı Slavyan Universitetidir (BSU), hansı ki, KMU, PMTU, B.Xmelnitski adına Çerkassı Pedaqoji Universiteti, “Slavyan universieti” Kiyev İnstitutu ilə əməkdaşlıq edir. Həmçinin BSU ilə Poltava İqtisadiyyat və Ticarət Universiteti arasında əməkdaşlıq müqaviləsinə uyğun olaraq 2011-ci ildə Ukrayna ATM-də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, 2013-cü ildə isə Kiyev Milli Dilçilik İnstitutunda belə bir mərkəz açılıb. 27 oktyabr 2020-ci il tarixində Ukraynanın AR-dakı Səfirliyinin yardımı ilə T.Şevçenko adına Kiyev Milli Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında elm, təhsil və mədəni əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
BSU-da Ukraynanın AR-dakı Səfirliyinin dəstəyi ilə Ukrayna Mədəniyyət və Təhsil Mərkəzi, həmçinin “Slovyanoçka” Ukrayna mahnı və rəqs ansamblı fəaliyyət göstərir.
Ukraynanın Azərbaycandakı Səfirliyinin səyləri sayəsində, 27.10.2019-cu il tarixində BSU nəzdində Ukrayna tədris-mədəniyyət mərkəzində fəaliyyət göstərən bazar günü məktəbinin fəaliyyəti bərpa olunmuşdur. 2019-cu ilin oktyabr ayından Sumqayıt şəhərində yeni yaradılmış "Cerelo" Ukrayna tədris-mədəniyyət mərkəzi və "Sumqayıt ş. İ.Franko ad. Ukrayna icmasının" bazar günü məktəbi öz fəaliyyətinə başlamışdır.
idman sahəsində
Ukrayna və Azərbaycan çoxillik və sıx idman əlaqələrə malikdirlər. Hal-hazırda bu əlaqələr, o cümlədən hər iki ölkənin müvafiq dövlət orqanlarının dəstəyi ilə fəal şəkildə inkişaf etməyə davam edirlər.
Xüsusilə də, ikitərəfli idman və gənclər mübadiləsinin intensivləşdirilməsi məqsədilə, 2019-cu ildə hər iki ölkənin profilli nazirlikləri arasında fiziki tərbiyə və idman sahəsində 2019-2020-ci illər üzrə əməkdaşlıq Proqramı imzalanıb. Bu ikitərəfli sənədin həyata keçirilməsi kontekstində Ukrayna və Azərbaycan idmançıalrı daimi olaraq hər iki ölkədə keçirilən beynəlxalq yarışlarda iştirak edirlər, idman federasiyaları və bu sahədə fəaliyyət göstərən birliklərlə, eləcə də idmançılarımız arasında əlaqələrimiz fəal inkişaf edir
Bu kontekstdə Ukrayna Milli olimpiya komitəsinin prezidenti S.Bubka və Azərbaycan Milli olimpiya komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə arasında 2017-ci ildə Bakı şəhərində Ukrayna Milli olimpiya komitəsi və AR Milli olimpiya komitəsi arasında idman sahəsində anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edirdi. Qeyd olunan sənəd olimpiya hərəkatının inkişafı çərçivəsində tərəflərin əməkdaşlığının istiqamətlərini müəyyən edir.