Ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, turizm və mədəni-humanitar əlaqələrin inkişafı üçün mühüm ehtiyat Ukrayna və AR regionları səviyyəsində əməkdaşlığın qurulmasıdır ki, bu da Ukraynanın bölgələrində cəmləşmiş kiçik və orta biznesi əhatə etməyə imkan verəcəkdir.
Regional əməkdaşlığa aid hissədə ikitərəfli münasibətlərin hazırkı müqavilə-hüquqi bazası Ukrayna və AR-nın aşağıdakı şəhər və rayonları arasında tərəfdaşlıq və qardaşlaşma münasibətlərinin saxlanmasına dair ikitərəfli sənədləri ehtiva edir:
Kiyev ş. – Bakı ş. Bakı şəhəri (Azərbaycan Respublikası) və Kiyev şəhəri (Ukrayna) arasında əməkdaşlıq haqqında Saziş. 1997-ci il sentyabrın 12-də Kiyevdə imzalanıb. Kiyev şəhəri (Ukrayna) və Bakı şəhəri (Azərbaycan Respublikası) arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum. 10 sentyabr 2021-ci ildə Kiyevdə imzalanıb.
Çerkassı ş. - Sumqayıt ş. Sumqayıt (Azərbaycan Respublikası) və Çerkassı (Ukrayna) şəhərləri arasında dostluq qardaşlaşma münasibətlərinin qurulması haqqında Saziş. 2003-cü il avqustun 3-də Sumqayıt şəhərində imzalanmışdır.
Dnepr ş. - Gəncə ş. Dnepr (Ukrayna) və Gəncə (Azərbaycan Respublikası) şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Saziş. Təxminən 1 sentyabr 2005-ci ildə imzalanmışdır.
Rovno vilayəti - Qəbələ rayonu. Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası ilə Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti arasında iqtisadi və sosial-mədəni sahələrdə əməkdaşlıq haqqında Protokol. 2013-cü il noyabrın 18-də Qəbələdə imzalanıb.
Truskavets ş. – Quba ş. Truskavets şəhəri (Ukrayna) və Quba şəhəri (Azərbaycan Respublikası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq (tərəfdaşlıq) haqqında Saziş. 2019-cu il dekabrın 17-də Bakıda imzalanıb (Ukrayna Prezidenti V.Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı).
Odessa ş. - Gəncə ş. Niyyətlər haqqında protokol. 2019-cu il dekabrın 17-də Bakıda imzalanıb (Ukrayna Prezidenti V.Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı).
Lvov VDA - Naxçıvan MR. Lvov Vilayət Dövlət Administrasiyası ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq haqqında Saziş. 31 yanvar 2020-ci ildə Kiyevdə imzalanıb (İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Ukrayna-Azərbaycan Komissiyasının 12-ci iclası zamanı).