Mövcud ikitərəfli müqavilə-hüquq bazası Ukrayna ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğundur.
2022-ci ilin yanvar ayına olan məlumata görə, Ukrayna ilə AR arasında ümumilikdə 148 beynəlxalq saziş imzalanmışdır ki, onlardan 65-i dövlətlərarası və hökumətlərarası, 47-si idarələrarası, 14-ü siyasi və 20-si digər sənədlərdir.
Ukrayna ilə Azərbaycan Respublikası arasında əsas siyasi sənədlər dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərini, formalarını və metodlarını müəyyən edən 09.12.1992-ci il tarixli Dostluq və Əməkdaşlıq haqqında Müqavilə və 16.03.2000-ci il tarixli Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq haqqında Müqavilədir.
22.05.2008-ci il tarixli Ukrayna və AR arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə isə dövlətlər arasındakı əməkdaşlıq səviyyəsini strateji kimi müəyyən edir.
Ukrayna-Azərbaycan münasibətlərinin əsas müqavilə-hüquq aktlarına aşağıdakılar daxildir:
iqtisadi əməkdaşlıq haqqında müqavilə, hava əlaqəsi haqqında sazişlər, gömrük sahəsində əməkdaşlıq, hərbi-texniki və elmi-texniki əməkdaşlıq, turizm və rabitə sahəsində əməkdaşlıq, təhsil və elmi dərəcələr barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi, gənclər siyasəti və idman sahəsində əməkdaşlıq, vətəndaşların vizasız səfərləri, neft sahəsində əməkdaşlıq prinsipləri, mədəniyyət və incəsənət, təhsil sahəsində əməkdaşlıq və digər sazişlər.
2022-ci ildə imzalanmış ikitərəfli sənədlər
2022-ci il 14 yanvar tarixində AR Prezidenti İ.Əliyevin Ukraynaya səfəri çərçivəsində aşağıdakı ikitərəfli sənədlər imzalanmışdır:
• Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikasının Hökuməti arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş.
• Ukrayna İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında ikitərəfli ticarətdə təcili qarşılıqlı fəaliyyət məsələləri üzrə Anlaşma Memorandumu.
• Ukrayna “Naftoqaz” Milli Aksioner Cəmiyyəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu.
• Ukrayna Dövlət Geodeziya, Kartoqrafiya və Kadastr Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında torpaq münasibətləri, dövlət mülkiyyətinə aid torpaqların idarə olunması və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu.
• Ukrayna Aqrar Siyasət və Qida Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında aqrar sahədə əməkdaşlıq üzrə Anlaşma Memorandumu.
• Ukrayna “İnvestisiyalara Dəstək Ofisi” Dövlət Təşkilatı ilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum.
2024-cü ildə imzalanmış ikitərəfli sənədlər
• İrpin şəhəri (Ukrayna) ilə Laçın şəhəri (Azərbaycan Respublikası) arasında əməkdaşlıq haqqında Saziş.
• Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum.
2025-ci ildə imzalanmış ikitərəfli sənədlər
• Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında elektron imza sahəsində texniki əməkdaşlıq haqqında Memorandum (23.09.2025-ci ildə imzalanmışdır);
• Ukrayna Fövqəladə Hallar Xidməti (DSNS) ilə Azərbaycanın ANAMA qurumu arasında əməkdaşlıq haqqında Memorandum
(22.10.2025-ci ildə Yaponiyanın Tokio şəhərində UMAC konfransı çərçivəsində imzalanmışdır);
• Ukrayna Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibbi elm sahəsində əməkdaşlıq haqqında Saziş
(01.11.2025-ci ildə Ukraynanın səhiyyə naziri V. Leaşkonun Azərbaycana səfəri çərçivəsində imzalanmışdır).