Doğum tarixi: 15 noyabr 1979-cu il, Ukrayna
Təhsili:
Xerson Dövlət Texniki Universiteti (iqtisadiyyat və maliyyə bakalavrı)
Kiyev Milli İqtisadiyyat Universiteti (layihənin idarə edilməsi və konsaltinq üzrə magistr dərəcəsi)
Con Kennedi adına Harvard Dövlət İdarəçilik Məktəbi, ABŞ (ixtisas artırma proqramı)
Staffordşir Universiteti, Böyük Britaniya (yay məktəbi)
Kiyev-Mohyla biznes məktəbi (Strategiya memarları məktəbi)
London İqtisadiyyat Məktəbi, Böyük Britaniya (ixtisas artırma proqramı)
Elmi dərəcəsi: İqtisad elmləri namizədi, ixtisası — biznesin strateji inkişafı
Peşəkar fəaliyyəti:
1999 il: Xerson Vilayəti Dövlət Administrasiyası Başçısının müşaviri
1999–2009 illər: Xerson və Kiyevdəki kommersiya şirkətlərinin direktor müavini, direktoru, prezidenti
2009–2014 illər: Ukrayna İqtisadiyyat nazirinin baş müşaviri, İnvestisiyalar və İnnovasiyalar Departamentinin direktoru, Ukraynanın İnvestisiyalar və Milli Layihələr üzrə Dövlət Agentliyinin idarə rəhbəri
2014 il: Ukrayna Maliyyə Nazirinin müşaviri
2014–2016 illər: Ukrayna Müdafiə nazirinin müavini, Müdafiə Nazirliyi yanında İslahat Şurasının rəhbəri
2016 il: Ukrayna İnfrastruktur Nazirinin müşaviri
2018 il: Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin müşaviri
2017–2019 illər: PrivatBankın GR-direktoru, EBRD və IFC məsləhətçisi
2019–2020 illər: Xerson Vilayəri Dövlət Administrasiyasının başçısı
2020–2023 illər: “Ukroboronprom” Dövlət Konserninin baş direktoru
2024 ildən: Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Akademik fəaliyyəti
“Ostroh Akademiyası” Milli Universitetinin professoru, Kiyev İqtisadiyyat Məktəbində (2023) və Yeni Qranada Hərbi Universitetində, Kolumbiya (2018) qonaq professor.
Şəxsi həyatı
Evlidir, iki övladı var. Şahmatı sevir.