Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü.
07 Fevral 2025 12:09

Fevralın 6-da Bakıda Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Ukrayna ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü münasibətilə diplomatik qəbul təşkil olunub.


Tədbirin fəxri qonaqları arasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya şöbəsinin rəis müavini Gəray Muradov, Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri Əlibala Məhərrəmzadə yer alıb. Tədbir iştirakçılarını videobağlantı vasitəsilə Ukrayna Ali Radasının deputatı, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvü Volodımır Kreydenko salamlayıb.


Öz çıxışında Ukraynanın səfiri Yuriy Husyev vurğulayıb:


“Bu mühüm tarix ölkələrimiz arasındakı dostluğun, qarşılıqlı dəstəyin və strateji tərəfdaşlığın rəmzidir. Diplomatik münasibətlərimizin dərin tarixi kökləri var – hələ 1918-ci ildə Ukrayna Dövləti ilə Azərbaycan Demokratik Respublikası arasında rəsmi diplomatik əlaqələr qurulmuşdu. Bu gün Ukrayna və Azərbaycan ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, həmçinin iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər”.


Tədbir çərçivəsində ikitərəfli münasibətlərin tarixinə həsr olunmuş arxiv sənədləri sərgisinin açılışı baş tutub. Ekspozisiya 1918-ci ildən günümüzə qədər olan dövrü əhatə edir və aşağıdakı sənədləri özündə birləşdirir: hetman Pavlo Skoropadskinin Bakıda vitsekonsulluğun yaradılması haqqında fərmanı, 1919–1920-ci illərdə Ukrayna Xalq Respublikasının Bakıda diplomatik missiyasının hesabatları, eləcə də hər iki ölkənin 1991-ci ildə müstəqillik qazanmasından sonra diplomatik, iqtisadi və mədəni əlaqələrinin inkişafını əks etdirən sənədlər.


Tədbirin qonaqları arasında dünyanın 30-dan çox ölkəsinin diplomatik missiyalarının nümayəndələri yer alıb. Bu, Ukraynaya artan beynəlxalq dəstəyin və Ukrayna-Azərbaycan tərəfdaşlığının inkişafına göstərilən xüsusi marağın bariz göstəricisidir.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux