Azərbaycandakı ukraynalılar Ümumdünya vışıvanka gününü qeyd edirlər.
20 May 2021 13:00

Hər il may ayının sonunda Ukraynanın etnik geyiminin yaradılması və geyməsinin qədim ənənəsini xatırladan Ümumdünya vışıvanka günü qeyd edilir.
Bir çox ukraynalı üçün vışıvanka həm tilsim, həm də gündəlik geyim mənasını daşıyır, çünki bu geyimdə millətimizin genetik kodu təsvir edilib 
Vışıvanka geyindikdə biz özümüzü dərin köklü və minillik tarixə malik xalq kimi göstəririk, milli və vətəndaş mövqeyimizi, mədəniyyətimizi və mənəvi şüurumuzu nümayiş etdiririk. 
Bakıda bu gün xüsusi olaraq qeyd edilir - Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Ukrayna icmasının fəal üzvləri ilə birlikdə həm yerli sakinlər, həm də turistlər üçün sevimli yer olan Bakı bulvarında milli geyimdə yürüş etdilər.
Ukrayna mahnılarının sədaları altında yüksək əhval-ruhiyyəmiz ətrafdakılara da ötürüldü. Bu günü  #Pozitivlə qeyd edərək Azərbaycanın paytaxtı bizə gözəl hava və əhval-ruhiyyə bəxş etdi, biz isə ona öz növbəmizdə Ukrayna xalq mahnılarının sədaları ilə gözəllik, Ukraynanın milli geyiminin rəngarəngliyini və naxışlarını hədiyyə etdik 
Yürüşün xüsusi məqamı Ukrayna himninin birgə ifası olmuşdur. Yaşasın Ukrayna!

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux