Bu gün ölkəmizə enerji təchizatının sabitləşdirilməsinə köməklik göstərmək məqsədi ilə sənaye transformatorları və generatorları partiyası ilə daha bir humanitar karvan Azərbaycandan Ukraynaya yola düşüb.
Ümumi dəyəri təxminən 850 min ABŞ dollar; və çəkisi 50 tondan çox olan sözügedən yardım iki mərhələdə Ukraynaya göndəriləcək.
Elektrik enerjisi, su və istilik çatışmazlığı şəraitində bu avadanlıq Rusiyanın Ukraynanın enerji strukturuna barbar raket hücumlarının nəticələrindən sağ çıxmağa kömək edəcək.
Azərbaycan KİV-ləri ilə ünsiyyət zamanı qeyd etdim ki, rusiya tərəfindən mühüm infrastruktur obyektlərinin atəşə tutulması işğalçı dövlətin Ukrayna xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin kinli davamıdır. Bu hərəkətlər bir daha təsdiqləyir ki, bugünkü rusiya terrorçu dövlətdir.
Lakin rus terrorçularının bombardmanları nə qədər dəhşətli olsa da, xalqımızın döyüş ruhunu və qələbə əzmini qıra bilməyəcək. Mülki əhaliyə hər hücumla Ukraynaya dəstək verməyə hazır olan ölkələrin sayı artır. Dost Azərbaycan da bu dövlətlərdən biridir.
Göstərilən köməyə görə Azərbaycan Respublikasının rəhbərliyinə, Azərenerji ASC şirkətinə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk !







