Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır!
27 Oktyabr 2020 08:49

27 oktyabr 2020-ci il tarixində Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi münasibətilə təntənəli mərasim baş tutub.

Mərasim zamanı Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim etmişdir. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

Mehrəli Qasımov Kyiv beynəlxalq münasibətlər institutunun məzunudur. SAP və DeGolyer & MacNaughton Corporation beynəlxalq şirkətlərində müxtəlif vəzifələr tutub, fərdi sahibkardır.

Ukraynanın Azərbaycanda birinci fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticarət-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha genişlənməsinə uyğun şərtlər yaradır.

Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağdaş, Ağsu, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux