🇦🇿 Hörmətli vətəndaşlar, 30 noyabr 2020-ci il tarixinə Bakı-Kiyev marşrutu üzrə növbəti (artıq on üçüncü) xüsusi reysin həyata keçirilməsi planlaşdırılır.
Reys haqqında vacib məlumat.
Bu məlumatın Azərbaycanda olan vətəndaşlarımıza geniş şəkildə çatdırılması üçün maksimal dərəcədə paylaşmağınızı xahiş edirik!
Vacib məlumat!
Bakı-Kiyev bortu 30 noyabr tarixində saat 16:00-da (Bakı vaxtı ilə) uçur. Kiyevə həmin tarixdə saat 17:45-də (Kiyev vaxtı ilə) çatır. Biletləri https://skyup.aero/ru/best#special linki üzrə əldə etmək olar.
Bu xüsusi reysdən Ukrayna vətəndaşları və COVID-19 müalicəsi və observasiyası ilə bağlı sığorta xərclərini ödəyəcək polisə (şəhadətnamə, sertifikat) malik əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşamağa icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın statusunda tanınmış və əlavə müdafiəyə ehtiyacı olan şəxslərə aid edilmir.
Eyni zamanda bildiririk ki, Ukrayna Nazirlər Kabinetinin 20.05.2020-ci il tarixli, №392 "SARS-CoV-2" koronavirusunun yaratdığı COVID-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması məqsədilə karantinin təyin edilməsi haqqında" qətnaməsinə dəyişikliklərinə edilməsinə dair Ukrayna Nazirlər Kabinetinin 25.06.2020-ci il tarixli, № 522 qətnaməsinə müvafiq olaraq, Ukraynada qeydiyyatda olan sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 müalicəsi və observasiyası ilə bağlı xərcləri ödəyən və Ukraynada qalma müddətində etibarlı olan polis (şəhadətnamə, sertifikat) olmadan əcnəbilər və vətəndaşı olmayan şəxslər (Ukraynada daimi yaşamağa icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın statusunda tanınmış və əlavə müdafiəyə ehtiyacı olan şəxslərdən başqa) dövlət sərhədini keçə bilməz. (https://www.kmu.gov.ua/npas/pro-vnesennya-zmin-do-postanovi-kabinetu-ministriv-ukrayini-vid-20-travnya-2020-r-t250620).
❗ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
Həmçinin, bildiririk ki, Ukraynada yaşamağa icazəsi olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və və Ukrayna vətəndaşları arasında ailə üzvü olmayan şəxslər aşağıdakı hesablamanı diqqətə alaraq, maddi vəziyyətinin təsdiqini təqdim etməlidir: 1 sutka - 1 412 qrn + 7060 qrn; 5 sutka - 7060 qrn +7060 qrn; 10 sutka 14 120 qrn + 7060 qrn; 15 sutka - 21 180 qrn + 7060 qrn; 30 sutka 42 360 qrn + 7060 qrn.
Maliyyə təminatının mövcudluğu aşağıdakı yollarla müəyyən edilir:
- əcnəbilərdə və vətəndaşlığı olmayan şəxslərdə Ukraynanın milli valyutasında və ya Ukraynaya giriş günü Milli bankın məzənnəsinə əsasən konvertasiya edilmiş xarici valyutada vəsaitlərin olub-olmamasının əyani yoxlanışı;
- vəsaitlərin olduğu qeyd olunan və əsasında Ukraynanın bank müəssisəslərində vəsait əldə etmək mümkün olan sənədin yoxlanılması;
- beynəlxalq ödəmə sistemlərinin ödəmə kartının vizual yoxlaması və ərizəçinin şəxsi bank hesabından mövcud vəsait məbləğini təsdiq edən çıxarışın öyrənilməsi (ATM çıxarışı);
- Ukraynada yaşayış yerinin və qidalanma bronu və ya ödənilməsini təsdiq edən sənədin öyrənilməsi;
-turizm servisi haqqında müqavilənin (vauçer) öyrənilməsi;
- əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Ukraynaya dəvət edən şəxsin zəmanət məktubu. Bu məktubda həmin şəxsin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Ukrayna ərazisində qalması və onun sərhədlərindən kənara getməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi barədə öhdəliyi qeyd olunur.
- vətəndaşı olduğu və ya daimi yaşadığı və ya üçüncü ölkəyə qayıtdığı tarixin də qeyd olunduğu gediş biletinin yoxlanılması.
Ətraflı məlumat Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında bu link üzrə yerləşdirilib: https://dpsu.gov.ua/ua//dokumenti-dlya-peretinannya-derzhavnogo-kordonu-ukraini//
Hava limanı və təyyarədə fərdi müdafiə vasitələrinə - maska, tibbi əlcək, antiseptik məhlul - səfərinizi rahat və virusun şansını azaldacaq hər şeyi nəzərə almağınızı xahiş edirik.
❗DİQQƏT! Azərbaycan Respublikasının səlahiyyətli orqanların lazımi icazələrin əldə olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini tezləşdirmək məqsədilə, Səfirliyin elektron ünvanına [email protected] aşağıdakı məlumatların göndərilməsini xahiş edirik:
- soyad, ad (eləcə də latın transliterasiyası ilə, pasportun surətinin göndərilməsi alqışlanır)
- doğum tarixi (gün, ay, il);
- Ukrayna və Azərbaycandakı ünvanlar;
- əlaqə telefonları;
- fərdi məlumatların işlənməsinə razılıq.
Sualınız varsa bazar ertəsindən cümə gününədək saat 10:00-dan 17:00-dək zəng edin, yazın:
Əlaqə: email: [email protected];
tel. +994 12 441 27 06, +994 50 255 75 18