Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsində Ukrayna ilə həmrəylik ifadə edən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin xanımlarının iştirakı ilə bu gün Bakıda əsl Ukrayna günü keçirilib!
Tədbir zamanı Ukraynanın Azərbaycandakı Səfirinin xanımı Lyudmila Qrebeniçenko bildirdi ki, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişəyə çevrilən Rusiyanın Ukraynaya qarşı təcavüzü ukraynalıları 80 il əvvəl olduğu kimi müharibənin eyni iztirablarını yenidən yaşamağa məcbur edib.
Polşa və Ukraynanın Azərbaycandakı səfirliklərinin birgə təşkil etdiyi “Ana, mən müharibə istəmirəm!” adlı uşaq rəsmlərindən ibarət sərgiyə hisslərə qapılmadan baxmaq mümkün deyil. Burada müharibənin dəhşətləri müharibəni öz gözləri ilə görmüş ukraynalı və polşalı uşaqların xatirələri prizmasından nümayiş etdirilir.
Günün xüsusi məqamı Ukraynanın Fəxri konsulu Mehrəli Qasımovun dəstəyi ilə 2021-ci ilin oktyabrında Ukrayna dilinin Azərbaycanda tanıdılması məqsədi ilə yaradılmış Bakıdakı Ukrayna Mərkəzinin ziyarəti olmuşdur. Bu müddət ərzində Ukrayna Mərkəzi təhsil, mədəniyyət, turizm və humanitar Ukrayna-Azərbaycan layihələrinin fəal şəkildə inkişaf etdiyi əsl innovativ platformaya çevrilmişdir. Mərkəzin Ukraynanın aparıcı universitetləri, xüsusilə Taras Şevçenko adına Milli Universiteti ilə tərəfdaşlıq proqramları şəbəkəsi genişlənir. Bakıdakı Ukrayna Mərkəzinin bazasında Ukraynanın nüfuzlu ATM-nə qəbul imtahanları distant üsulla keçirilir.
Tədbir Azərbaycan paytaxtının sakinləri arasında tanınmış Ukrayna mətbəxi restoranı olan “Mama Nakormila” –da ənənəvi Ukrayna qonaqpərvərliyi ilə başa çatıb.
Bu təşəbbüs güclü qadın həmrəyliyi və Aİ, Belçika, Bolqarıstan, Gürcüstan, İtaliya, Polşa, Slovakiya, Xorvatiya və İsveçin parlaq xanım nümayəndələrinin dəstəyi sayəsində şaxələnmişdir.






















