107 il əvvəl Birləşmə Aktı UXR və QUXR-ni vahid Ukrayna Dövləti ətrafında birləşdirdi.
Bu gün birlik təkcə tariximizin bir səhifəsi deyil. Bu, Ukraynanı hər gün daha da güclü edən sözlər və əməllərdir.
Birlik Günündə Ukraynanın Azərbaycandakı Səfirliyinin kollektivi Ukraynanın Fövqəladə və Səlahiyyətli Səfiri
Yuriy Husyev rəhbərliyi ilə, eləcə də ukraynalı icmaların və təşkilatların nümayəndələri ilə birlikdə Bakıda Taras Qriqoryeviç Şevçenkonun abidəsi önündə toplaşdı. Biz Qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etdik, Böyük Kobzarın abidəsi önünə gül dəstələri qoyduq, Ukraynaya göstərilən dəstəyə görə Azərbaycana səmimi təşəkkürümüzü bildirdik və əl-ələ tutaraq, bütün dünyadakı ukraynalıların soborluğunun rəmzi kimi canlı birlik zənciri yaratdıq.
Birlikdə — güclüyük. Birlikdə — vahidik. Birlikdə — məğlubedilməzik!
Birlik Günün mübarək, Ukrayna!