Aprelin 23-ü Ukrayna Xarici İşlər Naziri Dmitro Kuleba və Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov arasında telefon danışığı baş tutub.
Tərəflər Ukrayna-Azərbaycan dialoqunun, xüsusilə də, COVID-19 yayılmasına qarşı mübarizədə əməkdaşlığın fəal xarakter daşıdığını vurğulayıblar.
Danışığın ayrıca mövzusu Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan rəsmi səfərinin (16-17 dekabr 2019-cu il) nəticələri olmuşdur. Nazirlər səfər çərçivəsində əldə edilmiş razılaşmaların iki dövlət arasında ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün lazımi şərtləri yaradacağına əmin olduqlarını bildirmişlər. Bu iqtisadi, turizm və nəqliyyat sahələrində, eləcə də GUAM çərçivəsində əməkdaşlığın fəallaşmasına təsir edəcək.
Nazirlər bir-birini Ukrayna və Azərbaycana səfər etməyə dəvət etmişdirlər.