Semen Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin rektoru Volodimir Ponomarenko və universitetin nümayəndə heyəti Bakıya səfər edərək, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Anlaşma Memorandumu imzalayıb.
Görüş zamanı tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etdilər, xüsusilə:
- İkili diplom proqramlarının işə salınması;
- Birgə elmi konfransların təşkili;
- Təhsil və tədqiqat layihələrinin həyata keçirilməsi.
Ukraynanın səfiri Yuriy Husyev Azərbaycan və Ukraynanın ali təhsil müəssisələri arasında tərəfdaşlığın inkişafına töhfə verən təşəbbüsləri alqışlayır və dəstəkləyir.
Bundan əlavə, S. Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti səfər çərçivəsində Azərbaycanlı abituriyentlər üçün Ukraynada təhsil imkanlarını təqdim etdi. Tədbirdə KİV nümayəndələri, universitetin məzunları, abituriyentlər və gələcək tələbələrin valideynləri iştirak etdilər.
Ölkələrimizin təhsil və elmi müəssisələri arasında əməkdaşlıq strateji tərəfdaşlığın vacib tərkib hissəsidir və yeni üfüqlər, imkanlar açır!