7-8 iyun 2021-ci il tarixlərində Kiyev şəhəri dövlət administrasiyasının başçısının müavini Marina Xondanın başçılığı ilə KŞDA nümayəndə heyəti Bakıda səfərdə olmuşdur.
Ukrayna nümayəndə heyətinin səfəri çərçivəsində Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov və Azərbaycan Respublikasının Turizm məsələləri üzrə Dövlət Agentliyinin Sədri Fuad Nağıyevlə işgüzar görüşlər baş tutmuşdur.
Səfərin əsas elementi Ukrayna və Azərbaycan paytaxtlarının turizm assosiasiyalarının və hər iki ölkənin qabaqcıl turizm operatorlarının iştirakı ilə Kiyev ş. turizm potensialının təqdimatı olmuşdur. Forum zamanı Azərbaycan turizm biznesinin nümayəndələri Kiyev şəhərinin turizm infrastrukturu, tibbi, qastronomik, rekreativ və işgüzar turizmin imkanları ilə tanış olmuşlar. Kiyev və Bakının turizm assosiasiyaları arasında Yol xəritələri imzalanmışdır.
Tədbir çərçivəsində Azərbaycan KİV üçün geniş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında ölkələr arasında postpandemiya dönəmində Ukrayna və Azərbaycan arasında turizm axının artırılması məqsədilə, turizm aktivliyinin bərpası, eləcə də infrastruktur layihələrin həyata keçirilməsi və yeni turizm məhsullarının hazırlanmasına dair tərəflərin planları səsləndirilmişdir.





