Telejurnalist Şakir Eminbəylinin və “Leyla Khazari Art Gallery” qalereyasının təşəbbüsü, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilən “Müharibə uşaqlarına” adlı xeyriyyə aksiyası davam edir bit.ly/3ElaDb5
Xeyriyyə təşəbbüsü Ukrayna Mərkəzi tərəfindən qəbul edilib, xüsusi olaraq yaradılmış @For Children of War Facebook səhifəsi xeyriyyə hərracının yeni lotları ilə dolmağa davam edir.
İstedadlı azərbaycanlı rəssam Aynur Qovasarinin rəsm əsərini almaqla xeyriyyə təşəbbüsünə qoşulan İlqar və Bəyim Əliyevlərə ürəkdən təşəkkür edirik.
Xeyriyyə aksiyasından toplanan vəsait Rusiyanın hərbi təcavüzündən əziyyət çəkən ukraynalı uşaqlara lazımi yardımın göstərilməsi üçün UNITED24 fandreyzinq platforması vasitəsilə yönəldilir.

