Ukrayna mədəniyyətinin yeni üfüqləri: Ədəbiyyat günləri
20 Dekabr 2024 15:41

2024-cü il dekabrın 16-dan 19-dək Azərbaycan Respublikasında “Ukrayna mədəniyyətinin yeni üfüqləri” layihəsi çərçivəsində təşkil olunan “Ədəbiyyat günləri”ndə yeni dostluq məşəli alovlanıb. Bu tədbir Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi, Ukrayna Xarici İşlər Nazirliyinin, Ukraynanın Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Bakıdakı Ukrayna Mərkəzinin yardımı sayəsində mümkün olub. 


Dekabrın 17-də Azərbaycan Milli Kitabxanasında Ukrayna kitab rəfinin əlamətdar açılışı olub. Rəfdə klassiklərin və müasir Ukrayna yazıçılarının əsərləri, eləcə də Azərbaycan dilinə tərcümə olunmuş nəşrlər yerləşdirilib.
Bu mühüm tədbirdə hər iki ölkənin tanınmış mədəniyyət xadimləri iştirak edirdilər:
-Dmıtro Stus, Taras Şevçenko Milli Muzeyinin baş direktoru
- Dmıtro Drozdovski, "Vsesvit" jurnalının baş redaktoru,
- Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi.


Və dünən, dekabrın 17-də Bakı Kitab Mərkəzində günün kulminasiyasına çevrilən və iki ölkənin yazıçı, şair və incəsənət xadimlərini birləşdirən Ədəbi Gecə baş tutub. “O gözəl, yenilməz Ukrayna” (“О прекрасна, нездоланна Україна”)  antologiyasının təqdimat mərasimində yazıçılar, mədəniyyət xadimləri çıxış edib, klassik musiqilər səsləndirilib. Səfir Yuriy Husyev çıxışı zamanı xalqlar arasında dostluğun möhkəmlənməsində ədəbiyyatın rolunu vurğuladı:
“Sözlər qarşılıqlı anlaşma körpüləri qura bilər”. 


Bu axşam klassik musiqi, poeziya oxunuşu və mədəni dialoqun inkişafı üçün yorulmadan çalışanlara mükafatlar təqdim olundu. Tədbirin ab-havası səmimi, ruhlandırıcı, canlı idi.


Dekabrın 18-də Bakıdakı Ukrayna Mərkəzi ədəbiyyat vahasına çevrildi. Müəllif Nadia Kireinin “Veseloped” uşaq kitabının təqdimatında uşaqlar fantaziya aləminə qərq olublar. Yazıçılar Dmıtro Ştus, Dmıtro Drozdovski və Mixaylo Husyevlə görüşlər Ukrayna mədəniyyətinə heyran olan hər kəs üçün əsl bayrama çevrildi.


Bu günlər bir daha sübut etdi: ədəbiyyat hamının başa düşdüyü dildir. O, xalqların ruhunun güzgüsüdür, yaxınlaşma və anlaşma üçün güclü vasitədir.
Bu sehrli bayramın yaradılmasında iştirak edən hər kəsə təşəkkür edirik!
Biz birlikdə Ukrayna mədəniyyətinin yeni üfüqlərini yaradırıq! 💙💛
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux