Ukraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev “Xarkov Aviasiya İnstitutu”Milli Aerokosmik Universitetinin (XAİ) rektoru Oleksiy Lıtvınovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
28 İyul 2026 17:45

Görüş zamanı tərəflər dünya miqyasında tanınan, aviasiya sahəsində bir çox peşəkar nəsillər yetişdirmiş Xarkov Aviasiya İnstitutu ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin birgə təhsil və elmi layihələrin həyata keçirilməsi, tələbə və müəllimlər arasında akademik mübadilələrin genişləndirilməsi, eləcə də aviasiya və aerokosmik texnologiyalar sahəsində tərəfdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunulub. Tərəflər Ukrayna–Azərbaycan təhsil və elmi əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə səylərin əlaqələndirilməsi və konkret növbəti addımların müəyyənləşdirilməsi barədə razılığa gəliblər.


“Xarkov Aviasiya İnstitutu”Milli Aerokosmik Universitetinin komandası Azərbaycana bu günlərdə Füzuli Beynəlxalq Hava Limanının ərazisində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirmiş “Aerokosmik Modelləşdirmə Festivalı – 2026” tədbirində iştirak etmək üçün gəlib.


Festivalın yekunlarına əsasən, Ukrayna “Ali pilotaj fiqurlarının ən yaxşı icrasına görə” nominasiyasında I yerə layiq görülüb. Bu nailiyyət ukraynalı mütəxəssislərin yüksək peşə hazırlığını, texniki ustalığını və yaradıcı yanaşmasını bir daha nümayiş etdirib. Qələbə həm də Ukraynanın mühəndislik məktəbinin və aviasiya təhsilinin yüksək səviyyəsinin növbəti təsdiqi olub.


“Xarkov Aviasiya İnstitutu”Milli Aerokosmik Universitetinin komandasını bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirik! Onlara yeni uğurlar, iddialı layihələr, beynəlxalq səviyyədə daha böyük nailiyyətlər və Ukraynanın dünya miqyasında nüfuzunun möhkəmləndirilməsi istiqamətində davamlı müvəffəqiyyətlər arzulayırıq.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux