Ukrayna Səfirliyi dərin kədərlə bildirir ki, 2025-ci il aprelin 4-ü axşam saatlarında Rusiya Federasiyası Ukraynanın Krivoy Roq şəhərinə ballistik raket zərbəsi endirib.
Bu dəhşətli hücum nəticəsində 9-u uşaq olmaqla 20 mülki şəxs həyatını itirib. Ümumilikdə 74 nəfər yaralanıb.
Başsağlığı kitabı Ukraynanın Azərbaycandakı Səfirliyində aşağıdakı cədvəl üzrə açıq olacaq:
• bazar ertəsi, 7 aprel 2025-ci il, saat 14:00-dan 18:00-dək
• çərşənbə axşamı, 8 aprel 2025-ci il, saat 12:00-dan 18:00-dək
Başsağlığı məktublarınızı Səfirliyin rəsmi elektron ünvanına da göndərə bilərsiniz:
[email protected]