SkyUp və Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətlərinin Bakı-Kiyev marşrutu üzrə 4 aviareysi təşkil olunacaq
05 Dekabr 2020 16:32

Dekabr ayı ərzində SkyUp və Ukrayna Beynəlxalq Hava Yolları (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə 4 aviareysin həyata keçirilməsi planlaşdırılır.

Xüsusilə də, SkyUp aviaşirkətinin Bakı - Kiyev bortu 28 dekabr tarixində saat 22:55-də (Bakı vaxtı ilə) yola çıxacaq. Təyyarə Kiyevə növbəti gün saat 00:40-də (Kiyev vaxtı ilə) çatır. 

Biletləri bu link üzrə əldə etmək olar: https://skyup.aero/ru/best#special.

"Ukrayna Beynəlxalq Hava Yolları" Aviaşirkətinin Bakı-Kiyev bortu 14 dekabr, 21 dekabr və 28 dekabr tarixlərinə planlaşdırılır. Bakıdan uçuş saat 06:10-da (Bakı vaxtı ilə) baş tutacaq. Təyyarə Kiyevə həmin günü saat 08:00-da (Kiyev vaxtı ilə) çatır. Biletləri bu link üzrə əldə etmək olar https://book.flyuia.com/EN/default/flights. Diqqətə çatdırırıq ki, UBHY aviaşirkətinin çarter reyslərindən yararlanmaq üçün qeydiyyat zamanı son 48 saat ərzində verilmiş koronavirus üzrə neqativ test cavabını təqdim etmək lazımdır.

SkyUp və UBHY aviaşirkətlərinin reyslərindən Ukrayna vətəndaşları və COVİD-19 müalicəsi, observasiya ilə bağlı sığorta xərclərini qarşılayacaq polis (şəhadətnamə, sertifikat) əldə etmiş əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın və əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmış şəxslərə şamil olunmur.

Eyni zamanda bildiririk ki, Ukrayna Nazirlər Kabinetinin 20.05.2020-ci il tarixli, №392 "SARS-CoV-2" koronavirusunun yaratdığı COVID-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması məqsədilə karantinin təyin edilməsi haqqında" qətnaməsinə dəyişikliklərinə edilməsinə dair Ukrayna Nazirlər Kabinetinin 25.06.2020-ci il tarixli, № 522 qətnaməsinə müvafiq olaraq, Ukraynada qeydiyyatda olan sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 müalicəsi və observasiyası ilə bağlı xərcləri ödəyən və Ukraynada qalma müddətində etibarlı olan polis (şəhadətnamə, sertifikat) olmadan əcnəbilər və vətəndaşı olmayan şəxslər (Ukraynada daimi yaşamağa icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın statusunda tanınmış və əlavə müdafiəyə ehtiyacı olan şəxslərdən başqa) dövlət sərhədini keçə bilməz. (https://www.kmu.gov.ua/.../pro-vnesennya-zmin-do...).

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!

Həmçinin, bildiririk ki, Ukraynada yaşamağa icazəsi olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və və Ukrayna vətəndaşları arasında ailə üzvü olmayan şəxslər aşağıdakı hesablamanı diqqətə alaraq, maddi vəziyyətinin təsdiqini təqdim etməlidir: 1 sutka - 1 412 qrn + 7060 qrn; 5 sutka - 7060 qrn +7060 qrn; 10 sutka 14 120 qrn + 7060 qrn; 15 sutka - 21 180 qrn + 7060 qrn; 30 sutka 42 360 qrn + 7060 qrn.

Maliyyə təminatının mövcudluğu aşağıdakı yollarla müəyyən edilir:

- əcnəbilərdə və vətəndaşlığı olmayan şəxslərdə Ukraynanın milli valyutasında və ya Ukraynaya giriş günü Milli bankın məzənnəsinə əsasən konvertasiya edilmiş xarici valyutada vəsaitlərin olub-olmamasının əyani yoxlanışı;

- vəsaitlərin olduğu qeyd olunan və əsasında Ukraynanın bank müəssisəslərində vəsait əldə etmək mümkün olan sənədin yoxlanılması;

- beynəlxalq ödəmə sistemlərinin ödəmə kartının vizual yoxlaması və ərizəçinin şəxsi bank hesabından mövcud vəsait məbləğini təsdiq edən çıxarışın öyrənilməsi (ATM çıxarışı);

- Ukraynada yaşayış yerinin və qidalanma bronu və ya ödənilməsini təsdiq edən sənədin öyrənilməsi;

-turizm servisi haqqında müqavilənin (vauçer) öyrənilməsi;

- əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Ukraynaya dəvət edən şəxsin zəmanət məktubu. Bu məktubda həmin şəxsin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Ukrayna ərazisində qalması və onun sərhədlərindən kənara getməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi barədə öhdəliyi qeyd olunur.

- vətəndaşı olduğu və ya daimi yaşadığı və ya üçüncü ölkəyə qayıtdığı tarixin də qeyd olunduğu gediş biletinin yoxlanılması.

Ətraflı məlumat Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında bu link üzrə yerləşdirilib: https://dpsu.gov.ua/.../dokumenti-dlya-peretinannya...//

Hava limanı və təyyarədə fərdi müdafiə vasitələrinə - maska, tibbi əlcək, antiseptik məhlul - səfərinizi rahat və virusun şansını azaldacaq hər şeyi nəzərə almağınızı xahiş edirik.

SkyUp aviaşirkətinin 28 dekabr tarixli xüsusi reys haqqında daha ərtaflı məlumatı bu link üzrə, https://skyup.aero/ru/best#special, və ya bu nömrələrə zəng edərək 0 800 30 31 13, 38 (044) 331 30 00, 38 (044) 339 90 03 və yaxud da bu e-mail ünvanına məktub yollayaraq əldə etmək olar  [email protected] .

"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin çarter reyslərinə dair daha ətraflı məlumatı bu link üzrə https://book.flyuia.com/, bu nömrələrə zəng edərək +38 (050) 398-00-11 və yaxud da bu e-mail ünvanına [email protected] məktub yollayaraq əldə etmək olar.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux