Bu gün, 11 sentyabr tarixində, tarixdə ən dəhşətli terror aktlarından biri olan 11 sentyabr 2001-ci il faciəsindən 25 il ötür.
11 Sentyabr 2026 19:15

Həmin gün terrorçular Amerika Birləşmiş Ştatlarına hücum etdilər. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələri dağıdıldı, Pentaqona zərbə endirildi, dördüncü təyyarənin sərnişinləri isə öz həyatları bahasına terrorçuların planlarını həyata keçirməsinə imkan vermədilər. 3000-ə yaxın günahsız insan həlak oldu.
Regiona işgüzar səfəri çərçivəsində Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Yuriy Husyev ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşərək həmrəylik ifadə etdi: «Bu gün biz birlikdə terrorizm qurbanlarının xatirəsini yad edir və öz həyatlarını riskə ataraq insanları xilas edənlərin cəsarətinə ehtiramımızı bildiririk».
Ukrayna üçün bu tarix xüsusi məna daşıyır. On iki il yarımdır ki, Ukrayna xalqı hər gün Rusiyanın terrorçu təcavüzünə qarşı mübarizə aparır. Bunun artıq dörd il yarımı genişmiqyaslı müharibə şəraitində — şəhərlərə, yaşayış binalarına, xəstəxanalara, məktəblərə və kritik infrastruktur obyektlərinə raket və dron zərbələri altında keçir.
Terrorizm harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, heç bir şəkildə haqq qazandırıla bilməz. Terrorizmlə mübarizə, insan həyatının, azadlığın və xalqların öz dövlətində yaşamaq hüququnun qorunması sivil dünyanın ümumi məsuliyyətidir.
Ukraynanın səfiri Yuriy Husyev, həmçinin Amerika Birləşmiş Ştatlarına Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya və Ukrayna xalqına göstərdiyi dəstəyə, dövlətimizin müdafiəsinə verdiyi köməyə, eləcə də azadlıq, suverenlik və ərazi bütövlüyü hüququmuza ardıcıl dəstəyinə görə minnətdarlığını ifadə etdi.
11 sentyabr qurbanlarını xatırlayırıq.
Terrorizmin bütün günahsız qurbanlarını xatırlayırıq.
Və terrorun siyasi məqsədlərə nail olmaq vasitəsi ola bilməyəcəyi, azadlığın, insan ləyaqətinin və sülhün qorunduğu bir dünya uğrunda birgə mübarizəmizi davam etdiririk.
Həlak olanların xatirəsi əbədi olsun.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux