Bu gün Azərbaycana sağlamlıq bərpası və reabilitasiya məqsədilə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşlarının övladlarından ibarət 30 nəfərlik yeni ukraynalı uşaq qrupu gəlib
06 İyul 2026 16:40

Uşaqları Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin kollektivi, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qarşılayıblar.
Bu uşaqların hamısı ukraynalı xilasedicilərin övladlarıdır. Onların valideynləri silahsız qəhrəmanlardır. Onlar hər gün öz həyatlarını riskə ataraq Rusiyanın raket və hava hücumlarının nəticələrini aradan qaldırır, dağıdılmış binaların dağıntıları altında axtarış-xilasetmə işləri aparır, yanğınları söndürür, mülki əhalini təxliyə edir, uşaqları və böyükləri xilas edir, Rusiya Federasiyasının növbəti hücumlarından sonra ilk yardım göstərənlər sırasında olurlar. Məhz onların cəsarəti və fədakarlığı sayəsində minlərlə insanın həyatı xilas edilir.
Yaxın günlər ərzində uşaqlar Azərbaycanın füsunkar Qəbələ şəhərində istirahət edəcək, burada onlar həm sağlamlıqlarını bərpa etmək, həm də dağ təbiətinin gözəlliyindən zövq almaq, Azərbaycan xalqının səmimi qayğısını və qonaqpərvərliyini hiss etmək imkanı əldə edəcəklər.
Səfər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bu günədək 662 ukraynalı uşaq Azərbaycanda sağlamlıq bərpası və reabilitasiya proqramından yararlanıb. Təkcə 2026-cı ilin əvvəlindən etibarən 190 uşaq bu imkandan faydalanaraq Azərbaycan xalqının səmimi dəstəyini, qayğısını və həmrəyliyini hiss edib.
Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına və bu çətin dövrdə ukraynalı uşaqlara dəstək olan hər kəsə səmimi minnətdarlığımızı bildiririk. Bu, xalqlarımız arasında dostluğun və qarşılıqlı dəstəyin əsl təzahürüdür.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux