Bu gün Ukraynanın Səfiri Yuriy Husyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə məzmunlu işgüzar görüş keçirib
18 Fevral 2026 14:30

Bu gün Ukraynanın Səfiri Yuriy Husyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan – ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə məzmunlu işgüzar görüş keçirib.


Tərəflər davam edən genişmiqyaslı Rusiya təcavüzü şəraitində Ukrayna üçün mühüm prioritetlərdən biri olan humanitar minatəmizləmə sahəsində ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə ediblər. Xüsusilə ötən ilin oktyabr ayında Tokioda Ukraynanın Minatəmizləmə üzrə Beynəlxalq Konfransı çərçivəsində ANAMA ilə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS Ukrayna) arasında imzalanmış Əməkdaşlıq Memorandumunun praktiki icrasına xüsusi diqqət yetirilib.


Görüş zamanı təcrübə mübadiləsinin, mütəxəssislərin hazırlanmasının, partlayış təhlükəli predmetlərin aşkarlanması və zərərsizləşdirilməsi sahəsində müasir texnologiyaların tətbiqinin, eləcə də beynəlxalq humanitar təşəbbüslər çərçivəsində səylərin koordinasiyasının vacibliyi qeyd olunub.


Səfir Azərbaycanın həmrəyliyinə və Ukraynaya ardıcıl dəstəyinə görə səmimi təşəkkürünü bildirib, həmçinin artıq bir neçə ildir Ukrayna regionlarının düşmən partlayıcı təhlükəli predmetlərdən azad edilməsinə kömək edən Revival-P minatəmizləmə maşınının təqdim edilməsinə görə minnətdarlığını ifadə edib. O, humanitar minatəmizləmə sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını ayrıca vurğulayıb və bunun mülki əhalinin təhlükəsizliyinə, icmaların bərpasına və zərər çəkmiş yaşayış məntəqələrinin iqtisadi sabitləşməsinə birbaşa təsir etdiyini qeyd edib.


Görüşün yekunlarına əsasən əməkdaşlığın genişləndirilməsi üzrə konkret addımlar barədə razılıq əldə olunub — xüsusilə ekspert dialoqunun aktivləşdirilməsi, birgə təlim proqramlarının həyata keçirilməsi və iki dövlətin profil qurumları arasında yeni qarşılıqlı fəaliyyət formatlarının işlənib hazırlanması.


Səfir qeyd edib ki, Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı yüksək qiymətləndiririk və humanitar minatəmizləmə sahəsində əməkdaşlığı regional təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndiririk.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux