"Ukrayna Aqrar Biznes Klubu" Assosiasiyasının məlumatına görə, bu ilin fevral ayında Azərbaycan Ukrayna kərə yağının (136,9 ton, bu məhsulun ixracının ümumi həcminin 15,4%-ni təşkil edir), eləcə də Ukrayna pendirinin (40 ton və ya 4,7%) ən böyük idxalçıları siyahısına daxil olub.
Ukrayna məhsullarının yüksək keyfiyyəti və əla dadı Azərbaycanda yaxşı tanınır.
Onların mağaza rəflərində artması yaxşı tendensiyadır ki, bu da ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafının müsbət dinamikasından xəbər verir.