Dünən hərbi əsirlərin, itkin düşmüş və həlak olmuş Ukrayna müdafiəçilərinin uşaqlarından ibarət yeni bir qrup istirahət və reabilitasiya məqsədilə Azərbaycana gəlib.
15 Aprel 2025 13:30

Qrup Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin komandası tərəfindən, səfir Yuriy Husyev rəhbərliyi və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, “Ukrayna–Azərbaycan” parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə iştirakı ilə qarşılanıb.


Uşaqlar Quba şəhərindəki sanatoriyada reabilitasiya keçmək, Azərbaycan mədəniyyətinin gözəlliyini kəşf etmək, həmçinin Ukrayna Mərkəzini ziyarət etmək və paytaxtın görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu, genişmiqyaslı müharibə başlayandan bəri Azərbaycana istirahət və reabilitasiya üçün gələn artıq doqquzuncu uşaq qrupudur.


Ukraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev Azərbaycan Respublikası rəhbərliyinə və xalqına, eləcə də Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahının komandası, bütün xeyriyyəçilər və himayədarlara bu çətin zamanlarda uşaqlarımıza göstərdikləri dəstəyə görə səmimi təşəkkürünü bildirib. O, vurğulayıb ki, bu təşəbbüs yalnız xalqlarımız arasında gerçək dostluğun təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının gücləndirilməsinə əhəmiyyətli töhfədir.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux