14 oktyabr tarixində Ukrayna Ticarət Evində Azeri Home Chef qatronomik icması tərəfindən təşkil olunmuş kulinariya müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırılması mərasimi baş tutmuşdur. Müsabiqə gedişatında keçən ilə nisbətən iki dəfə çox, yəni rekord sayda – 700 kulinariya təqdimatı hazırlanmışdır.
Bu da Ukrayna mətbəx ənənələrinin Azərbaycanda getdikcə populyarlaşdığının bariz göstəricisidir!
Ukraynanın Azərbaycandakı Səfiri Vladyslav Kanevskyi finalçıları qələbə münasibətilə təbrik etdi və qeyd etdi ki, Ukrayna qastronomiya diplomatiyası Vətənimizin mədəniyyəti və adət -ənənələrinin parlaq təzahürü olmaqla yanaşı, həm də Ukrayna və Azərbaycan xalqlarını birləşdirən körpü olaraq mühüm əhəmiyyət kəsb edir.
Maraqlıdır ki, müsabiqə iştirakçıları borş və vareniki kimi ənənəvi tanınmış yeməklərdən əlavə, müasir nəslin az qala unudulduğu bir sıra Ukrayna yeməklərini də hazırlamışlar. Beləliklə, kulinariya tədbirinin qonaqları ilk dəfə varenuxa, maçanka və "Zatırka" şorbası kimi qədim yeməkləri dadmaq imkanı əldə etdilər.
Kulinariya müsabiqəsinə yekun vurularkən finalçılara xatirə hədiyyələri təqdim edildi.
Qaliblərimizi təbrik edirik:
1. Zaur Shuminov
2. Shahana Amirjanova
3. Tarana Mammedova
4. Tarana Alakbarova
5. Sevda Axundova
6. Vera Hajiyeva
7. Narmina Ahmadova
8. Şəhla Cəbrayilova
9. Мярьям Мамедова Рафиг Гызы
10. Yulia Askerova
11. Sevinc Axundova
12. Вафа Мамедова Османова
13. Inci Isayeva
14. Elena Korneva
15. Незрин Гусейнова
Aleksey Kuçmenko və Tatyana Parfenyuk qismində MamaNakormila Ukrayna mətbəxi restoranına, Əlibala Məhərrəmzadə qismində Ukrayna Ticarət Evinə, Həmid Cavadov qismində Ukrayna məhsulları mağazalar şəbəkəsinə, eləcə də Villeroy&BochBaku, AlpenPharmaAzerbaijan göstərdikləri yardıma və fəal iştiraklarına görə təşəkkür edirik
Müsabiqənin baş təşəbbüskarı Fakhranda Hasanzadeh-ə ayrıca minnətdarlığımızı bildiririk.











