Ukrayna Ədəbiyyatı və Dili Gününü qeyd edən Ukrayna diplomatları Azərbaycanın Ukrayna icması ilə birgə XXI Milli birlik radio-imlasının yazılmasına qatılıblar.
2000-ci ildən başlayan bu tədbir təkcə ukraynalıları deyil, həm də Ukrayna dilini sevən və ona hörmət edən digər millətlərin nümayəndələrini birləşdirir. Və hər il radio-imla iştirakçılarının sayı artır, onun coğrafiya isə bütün dünyaya yayılır.
Azərbaycanda da radio-imlanın coğrafiyası genişlənir. İmlaya Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyindən əlavə, Sumqayıt ş. İvan Franko adına Ukrayna icması və bu il ilk dəfə Ukrayna Ədəbiyyatı və Dili Gününü yeni açılmış Ukrayna Mərkəzində qeyd edən Bakı ş. Ukrayna icması da qatılıb.








