Ukraynalılar hər il noyabr ayının son şənbə günü ilin ən faciəli günlərindən birini - Qolodomor qurbanlarının Anım Gününü qeyd edirlər. Bu gün biz totalitar kommunist rejimin təşkil etdiyi 1932-1933-cü illərin süni bir aclığın nəticəsində Ukraynada həlak olmuş milyonlarla insanları anırıq.
Qolodomorun dəhşətli çarxı sovet hökuməti tərəfindən işə salınmışdır, onun məqsədi isə aydın görünürdü - Ukrayna xalqının qanına girmək, onun unikal mədəniyyətinə və dilinə zərər vurmaq, onun ruhunu məhv etmək və əvəzində itaətkar sovet adamı yaratmaq. Axı Sovet İttifaqının ən çox sayda xalqından birini təmsil edən və hakimiyyətin tətbiq etdiyi kollektivləşdirməyə qətiyyətlə qarşı çıxan azadlığı sevən ukraynalılar Sovet maşını üçün dəhşətli bir təhlükə idi. Məqsədlərinə çatmaq üçün bolşeviklər ən dəhşətli silahlarına - aclıq terroruna əl atdılar.
Son yemək qırıntılarını kəndlilərdən götürərək müqavimət göstərənlərə qarşı amansızcasına mübarizə aparan bolşeviklər, 7 milyon Ukraynalını süni aclıq yaşatdı, ilk növbədə uşaqlar və yaşlılar ölürdü.
Uzun illər Ukrayna millətinin soyqırımı mövzusunda hər şey sovet hökuməti tərəfindən ciddi senzuraya məruz qalırdı və gizli tutulurdu. Ancaq Ukrayna müstəqillik əldə etdikdən və tarixi təhqiqatlar aparıldıqdan sonra ictimaiyyət öyrəndi ki, ukraynalılar özü olaraq qalmaq üçün nələri qurban verib. Bu faciə bu gün hər bir ukraynalının ailə tarixinin hissəsidir, bu tarix incidir, bu tarix barədə gələcək naminə bəhs etmək lazımdır.
P.S Qolodomor qurbanlarının Anım gününün qeyd edilməsi məqsədilə sosial reklam yaradılıb. Onun məqsədi aclıq dövründə insanların hansı yollarla sağ qalmağa məcbur olduğunu göstərmək deyil. Onun məqsədi hər birimizi durdurmaq və ukraynalılara qarşı necə bir miqyaslı cinayətin törədildiyini tam mənası ilə dərk etməyə məcbur etməkdir.





