Ukraynanın Azərbaycan Respublikasındakı Səfirinin xanımı Lyudmila Qrebeniçenko Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqların fəal iştirak etdiyi uşaq rəsmləri xeyriyyə müsabiqəsinin qalibləri ilə görüşüb.
Ukrayna, ukraynalı uşaqları, eləcə də Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan möhkəm və səmimi dostluq balaca rəssamların öz rəsmlərində təsvir etdiyi əsas mövzuya çevrilmişdir.
Müsabiqənin iştirakçıları rusiya işğalçılarının şəhər və qəsəbələrini atəşə tutması və bombalaması nəticəsində hər gün təhlükə ilə üzləşən ukraynalı uşaqlara dəstək və həmrəylik nümayiş etdirmək üçün böyük maraq və təxəyyül nümayiş etdirərək maraqlı layihəyə çox yaradıcı yanaşıblar.
Qaliblərimiz Emiliya, Məryəm və Mədinəni təbrik edir, müsabiqədə iştirak edən 50-dən çox iştirakçıya isə səmimi təşəkkürümüzü bildiririk. Yaradıcılıq tədbirinin təşəbbüskarı olan Azər Əlizadəyə, Sarxan Sharaf, həmçinin uşaqlar üçün maraqlı hədiyyələr və sürprizlər hazırlamış Bahram Arif Bagirzade və Fakhranda Hasanzadeh xüsusi təşəkkürümüzü bildiririk.











