“Ukrayna və Azərbaycanın diplomatik münasibətləri keçmişin və bu günün prizmasından” mövzusunda Ukrayna-Azərbaycan elmi konfransı baş tutub
08 Fevral 2021 16:50

“Ukrayna və Azərbaycanın diplomatik münasibətləri keçmişin və bu günün prizmasından” mövzusunda Ukrayna-Azərbaycan elmi konfransı baş tutub.

08 fevral 2021-ci il tarixində “Ukrayna və Azərbaycanın diplomatik münasibətləri keçmişin və bu günün prizmasından” mövzusunda Ukrayna-Azərbaycan elmi video-konfransı baş tutub. 

Tədbir Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümünə, habelə Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik dialoqun başlamasının 102-ci ildönümünə həsr edilmişdir.

Konfrans Azərbaycan Diplomatik Akademiyası, Ukraynanın Azərbaycandakı Səfirliyi, Azərbaycanın Ukraynadakı Səfirliyi, Ukrayna Milli Elmlər Akademiyasının Ağatangel Krımski adına Şərqşünaslıq İnstitutu və Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən təşkil edilmişdir.            

Tədbirdə Ukrayna və Azərbaycan diplomatları, politoloqlar, alimlər, jurnalistlər, ictimai xadimlər, Ukrayna və Azərbaycanın bir sıra universitetlərinin müəllim və tələbələri iştirak etdilər.

Ukraynanın Azərbaycandakı səfiri V. Kanevski çıxışı zamanı Ukrayna ilə Azərbaycanın diplomatik münasibətlərinin tarixini yazmağa başladığından 100 ildən çox vaxt keçdiyini qeyd etdi. Bu illər ərzində həm Ukraynada, həm də Azərbaycanda çox şey dəyişdi. Bu gün dəyişməz qalan tək şey dostluq, hörmət və qarşılıqlı dəstəkdir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Fərmanı ilə qəbul edilmiş Ukraynanın Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq, Azərbaycanın Ukrayna üçün yalnız dost dövlət deyil, həm də strateji tərəfdaş olmasının əsas səbəbi budur.  

Gələcək perspektivlərdən danışan Səfir V. Kanevskyi Ukrayna ilə Azərbaycanın qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəklərinə və iki ölkə üçün yeni imkanlar yaranacağına inandığını bildirdi. Ukrayna və Azərbaycan iqtisadiyyatının rəqabət etmədiyi, əksinə bir-birini tamamladığı ayrıca vurğuladı. 

Bundan sonra Ukrayna və Azərbaycan alimləri UXR  ilə ADR arasında diplomatik əlaqələrin yaranması, onların geosiyasi ölçülərindəki əhəmiyyəti və Ukrayna və Azərbaycan dövlətçiliyinin gələcək inkişafına təsiri barədə məruzələr oxudular.



Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux