Ukrayna XİN-nin Beynəlxalq Mina təhlükəsizliyinə dair maarifləndirmə və minalardan təmizlənmədə yardım günü ilə bağlı bəyanatı
04 Aprel 2022 18:37

Bu gün, aprelin 4-ü – Beynəlxalq Mina təhlükəsizliyinə dair maarifləndirmə və minalardan təmizlənmədə yardım günüdür.

2022-ci ildə Ukrayna üçün bu gün Rusiya Federasiyasının qadağan olunmuş və qeyri-insani silahların istifadəsi ilə digər dəhşətli cinayətləri fonunda amansız bombardmanlar, artilleriya atəşi ilə keçir ki, bu da mina təhlükəsini on dəfə artırır.

RF Ukrayna torpaqlarını son 8 il ardıcıl olaraq çirkləndirsə də, 2022-ci il fevralın 24-də rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra, mina və müharibənin partlayıcı qalıqları problemi xüsusilə kəskinləşdi.

Və əgər 2014-cü ildə Rusiyanın Ukraynaya silahlı təcavüzünün birinci dalğasına görə Luqansk və Donetsk vilayətlərinin təxminən 16 min kvadrat kilometr ərazisi təmizlənməyə ehtiyac duyurdusa, bu gün ilkin hesablamalara görə, bu, Ukraynanın təxminən 80 min kvadrat kilometr ərazisidir.

Rus işğalçıları Ukrayna torpağına ölüm və yaralar səpməkdə amansızlıqla davam edir. Bütün sivil dünya piyada əleyhinə minalardan imtina edib qadağan etdiyi halda, Rusiya Ukraynada onlardan istifadəni artırır və hətta POM-3 (Medallion) və digərləri kimi yeni tipli piyada əleyhinə minaları sınaqdan keçirir.

Rusiya federasiyası təkcə Ukrayna Silahlı Qüvvələri ilə deyil, həm də Ukraynanın mülki əhalisi ilə müharibə qanunlarını və müharibə adətlərini kobud şəkildə pozaraq müharibə aparır. Rusiya hərbçiləri kütləvi şəkildə beynəlxalq hüquqla qadağan edilmiş mina-tələlər qurur, geri çəkilərək ərzaq obyektlərini, şəxsi yaşayış evləri və insan cəsədlərini minalayır.

Rus işğalçılarının hərbi cinayətləri hətta ukraynalı uşaqlara qarşı yönəlir. İşğalçılar bilərəkdən uşaqların diqqət yetirə biləcəyi oyuncaqlar və parlaq əşyaları minalayır. Onlar bu yolla gələcəyimizi öldürmək istəyirlər.

Təəssüf ki, Rusiyanın genişmiqyaslı müharibəsi səbəbindən ərazilərin təmizlənməsi üzrə beynəlxalq tərəfdaşlarla görülən işlərin çoxu puça çıxdı. Eyni zamanda, maarifləndirici tədbirlərin aktuallığı artır. Sadə ukraynalıların, xüsusən də uşaqların 2014-cü ildən bəri əldə edə bildikləri mina təhlükəsi haqqında biliklər daha çox insanın həyatını xilas edəcək. Biz Halo Trust, DDG, FSD və digər beynəlxalq təşkilatlardan olan tərəfdaşlarımıza minnətdarıq və onların davamlı dəstəyini gözləyirik.

Artıq Ukrayna Silahlı Qüvvələrinin bölmələri, Fövqəladə Hallar üzrə Dövlət Xidməti və digər strukturlar hər gün öz həyatlarını riskə ataraq, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirirlər. Lakin əsas fəaliyyət rus qoşunları Ukraynadan tam çıxarıldıqdan sonra başlanacaq.

Həli ki, biz ukraynalıları dövlətimiz üçün ən yüksək dəyər olan öz həyatlarını xilas etmək üçün mina təhlükəsini xatırlayaraq mümkün qədər ayıq olmağa çağırırıq.

Biz həmçinin dünya ictimaiyyətini Ukraynaya dəstəyini gücləndirməyə və Ukraynanı rus işğalçıları üzərində qələbəyə yaxınlaşdırmaq üçün bütün tədbirləri görməyə çağırırıq ki, bu da Avropanın mərkəzində mina və partlayıcı maddələr qurbanlarının sayının fəlakətli artmasının qarşısını alacaq.

 

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux