Ukraynada Rusiya təcavüzünün virtual muzeyi yaradılıb
29 Dekabr 2021 14:32

Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı nümayəndəliyi Ukrayna Milli Yaddaş İnstitutu ilə birlikdə, habelə Ukrayna Xarici İşlər Nazirliyi, Baş Prokurorluq, Krım Muxtar Respublikasının Prokurorluğu və Krım Muxtar Respublikası və Sevastopol ş. prokurorluğu ilə əməkdaşlıqda Beynəlxalq “İntibah” Fondu “Rusiya təcavüzünün virtual muzeyi” internet portalını təqdim edib – https://rusaggression.gov.ua.

Bu resurs Rusiyanın müvəqqəti işğalı zamanı - Krım və Sevastopolda, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində baş vermiş əsas hadisələr və cinayətlər haqqında Ukraynada yaradılmış ilk internet portalıdır və müharibə haqqında həqiqətlərin əl çatan olmasını təmin edən və onun xatirəsini qorumaq məqsədini daşıyan dünyanın ilk rəqəmsal alətlərindən biridir. İnternet portalındakı məlumatlar rəsmi Ukrayna və beynəlxalq təşkilatların təsdiq etdiyi məlumatlara əsaslanır. Hazırda resursda 2014-cü ilin fevralında Krım Muxtar Respublikası və Sevastopolun müvəqqəti işğalından sonra baş verən mühüm hadisələr haqqında Ukrayna və ingilis dillərində məlumatlar, o cümlədən şahidlərin ifadələri, arxiv və şifahi mənbələr, KİV məlumatları, beynəlxalq təşkilatların qərar və qətnamələri yer alır. Portal həm də bəzi şəhər və kəndlərdə hadisələrin gedişatını və Rusiya təcavüzünün nəticələrini araşdırmaq imkanı verir. Həmçinin virtual muzeydə Krım Muxtar Respublikası və Sevastopolda baş verən hadisələrlə bağlı fotoşəkillər bankı; müvəqqəti işğalın başlanğıcı ilə bağlı şifahi hekayələrin arxivi var.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux