Hər il yayın ilk günündə bütün dünyada uşaqların üzləşdiyi problemlərə diqqəti cəlb etmək məqsədi daşıyan Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.
Bayram münasibəti ilə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Ukrayna Mərkəzi və İvan Franko adına Sumqayıt şəhər Ukrayna İcması ilə birlikdə Ukraynadan Rusiyanın başlatdığı müharibə nəticəsində Azərbaycana köçmək məcburiyyətində qalan kiçik ukraynalılar üçün bayram əhval-ruhiyyəsi yaratmaq məqsədilə bir araya gəlib. Uşaqlar Sky Park əyləncə mərkəzinə dəvət olunmuş , burada onları maraqlı aktiv oyunlar və rəngli boyalarla ağac üzərində rəsm çəkmək üzrə ustad dərsi gözləyirdi. Uşaqlar öz hüdudsuz təxəyyüllərini nümayiş etdirmək və gördüklərini taxta lövhələrə çəkmək imkanı əldə etdilər.
Uşaqlar üçün rəngarəng bayram təşkil etdiyinə görə Ukrayna Mərkəzinə, Sumqayıt ş. İvan Franko adına Ukrayna İcmasına, eləcə də “Sky Park” əyləncə mərkəzinə təşəkkür edirik!




















