Martın 10-u Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Süleymanovla görüşüb.
Görüş zamanı humanitar minatəmizləmə sahəsində geniş məsələlər spektrinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə də, Azərbaycan tərəfi azad olunmuş ərazilərin minalardan və partlayıcı əşyalardan təmizlənməsi məqsədilə Agentlik tərəfindən həyata keçirilən müvafiq tədbirlər haqqında məlumat verib.
Bu kontekstdə, tərəflər Azərbaycan ərazilərində həyat fəaliyyətinin bərpa edilməsi üzrə ayrıca aspektləri, habelə Ukraynanın qatıla biləcəyi layihələri müzakirə etdilər.
Görüşün yekununda Ukrayna və AR arasında qarşılıqlı maraq təşkil edən məsələlər üzrə strateji tərəfdaşlığın daha da dərinləşməsinin vacib olduğu vurğulandı.