Hər il oktyabr 16-da bütün dünyada populyar olan məhsulun bayramı – Ümumdünya çörək günü qeyd olunur.
Hər bir ölkə üçün çörək hər zaman birinci yerdə olub, çörəyə hər zaman hörmətlə yanaşılıb. Azərbaycan çörəyi, İtalyan fokaççası, Meksika tortilyası və ya Avstriya brettseli dərhal təmsil etdikləri ölkələrin abu-havasını yaradır.
Ukrayna mətbəxini xalqımızın müxtəlif adət və ənənələri ilə əlaqəli ənənəvi şirniyyat və çörəksiz təsəvvür etmək çətindir. Bu səbəbdən Ukrayna Səfirliyi "Mama Nakormila" Ukrayna mətbəxi restoranı ilə birlikdə böyük məmnuniyyətlə kulinariya yarışmasına qatılaraq, Çörək Bayramında ən məşhur və ən sevilən Ukrayna yeməyi olan borşu pampuşka ilə təqdim etdi.
Bayramın təşkili və fəal iştiraka görə Azeri Home Chef 2.0 kulinariya cəmiyyətinə, xüsusən də Fakhranda Hasanzadeh-ə, eləcə də Aleksey Kuçmenko və Tatyana Parfeniukun simasında “Mama Nakormila” Ukrayna mətbəxi restoranına ürəkdən təşəkkür edirik.























