Ukraynanın ilk Fəxri konsulluğu qonaqpərvər Şamaxı şəhərində öz qapılarını açdı
09 Noyabr 2020 12:23

9 noyabr 2020-ci il tarixində Ukraynanın ilk Fəxri konsulluğu qonaqpərvər Şamaxı şəhərində öz qapılarını açdı. 

 

Ukraynanın fəxri konsulluğunun təntənəli açılış mərasimi zamanı Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vladyslav Kanevskyi bundan sonra Ukraynanın bir hissəsinin qədim və əzəmətli Şamaxı şəhərində olacağına görə dövlət rəhbərliyinə, eləcə də Şamaxı rayon icra hakimiyyətinə təşəkkür etdi.

 

Ukraynanın diplomatik missiyasının rəhbəri bu günkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğuladı və bütün Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə təbrik etdi, ölkənin qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sülh, firavanlıq və çiçəklənmə arzu etdi. 

 

Səfir qeyd etdi ki, Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səma altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında. 

 

Ukraynanın qardaş Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə, Ukraynanın Şamaxı şəhərindəki yeni açılmış Fəxri konsulluğunun binası bu gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq. 


Dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux