Bu gündən etibarən 5-9 yaşlı ukraynalı uşaqlardan ibarət birinci qrup “Mriya” təhsil məkanında Ukrayna dilini, tarixini, mədəniyyətini, Ukrayna xalqşünaslığını peşəkar şəkildə öyrənəcək.
Layihə Bakıdakı Ukrayna Mərkəzi və Luqansk vilayəti diplomdan sonrakı pedaqoji təhsil institutunun sosial-humanitar fənlər və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Yelena Korotkova ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.
Açıq dərs zamanı Ukraynanın Azərbaycandakı Səfirinin xanımı Lyudmila Qrebeniçenko ukraynalı uşaqları təhsil prosesinin başlanması münasibətilə təbrik edib, onlara biliklər diyarına maraqlı səyahət zamanı uğurlar və parlaq emosiyalar arzulayıb.
Simvolikdir ki, 60 il əvvəl, məhz bu gündə Kiyevdə Ukrayna Dilinin Mədəniyyəti məsələləri üzrə Respublika Konfransı keçirilmiş və orada iştirakçılar Ukrayna dilinə dövlət dili statusunun verilməsi tələbi ilə o dövrün yuxarı instansiyalarına müraciət etmişdirlər.
Çünki ana dili insanların yaşadığı mənəvi zənginlikdir, müdriklik və şöhrətini, mədəniyyətini və adət-ənənələrini nəsildən-nəslə ötürdüyü əvəzsiz mənəvi sərvətdir.
Uğurlar! Yolunuz açıq olsun!





