Bu gün Ukrayna müasir müstəqil Ukrayna dövlətinin hüquqi əsasını təşkil edən Əsas Qanun — Konstitusiyanın Ukrayna Ali Radası tərəfindən qəbul edilməsinin 30 illiyini qeyd edir.
Bayram ərəfəsində Ukraynanın Azərbaycandakı Səfiri
Yuriy Husyev rəhbərlik etdiyi Səfirliyin kollektivi Ukrayna icmaları və təşkilatları, eləcə də Azərbaycandakı Ukrayna dostları ilə birlikdə görüş keçirib və Ukrayna ruhunun sarsılmazlığının, azadlıq uğrunda mübarizənin rəmzi olan Taras Şevçenkonun abidəsi önünə gül dəstələri qoyub.
Təntənəli mərasim zamanı Ukrayna Ali Radası Sədrinin Təşəkkürnamələri və Ukrayna Səfirliyinin Təşəkkürnamələri öz əməyi, sədaqəti və dəstəyi ilə Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafına mühüm töhfə verən, Ukraynanı və Ukrayna xalqını dəstəkləyən şəxslərə təqdim olunub.
Artıq 30 ildir ki, Ukrayna Konstitusiyası dövlətçiliyimizin təməlini təşkil edir, azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərini təsbit edir. Bu gün həmin dəyərləri Ukrayna əsgərləri qoruyur, bütün xalq isə öz birliyi və sarsılmazlığı ilə onlara sədaqətini hər gün nümayiş etdirir.
Bu əlamətdar gündə bütün ukraynalılara güc, birlik və ədalətli sülh arzulayırıq.
Ukrayna Konstitusiyası Günü mübarək!
Dövlətimizin Əsas Qanununun 30 illiyi mübarək!