Ukraynanın üçüncü Prezidenti Viktor Yuşşenkonun Azərbaycan Respublikasına səfəri başa çatıb
18 Avqust 2026 18:27

Səfərin əsas hadisəsi Viktor Andriyoviç Yuşenkonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü olub. Prezidentlər regionda və dünyada mövcud təhlükəsizlik vəziyyətini, eləcə də Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi yollarını, konkret ticari-iqtisadi və humanitar təşəbbüsləri müzakirə ediblər.


Bakıya səfəri çərçivəsində Ukraynanın üçüncü Prezidenti 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı pilot, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin və 1990-cı ilin “Qara Yanvar” qurbanlarının xatirəsini Şəhidlər xiyabanında yad edib. O, həmçinin “Suraxanı” gəmi-muzeyini ziyarət etmək və Ukraynanın birinci xanımı Olena Zelenskanın təşəbbüsü çərçivəsində hazırlanmış ukraynadilli audio və videogid ilə tanış olmaq imkanı əldə edib.


Ukrayna Mərkəzində (Ukrainian Center in Baku) Viktor Yuşenko “Azərbaycan–Ukrayna” parlamentlərarası dostluq qrupunun rəhbəri Əlibala Məhərrəmzadə, Milli Məclisin digər deputatları, Ukraynanın tərəfdaş ölkələrinin səfirləri və diplomatları ilə birlikdə Azərbaycan Fotoqrafları Birliyi ilə birgə hazırlanmış “Müharibəyə obyektivdən baxış” adlı unikal fotosərginin açılışında iştirak edib.


2022-ci ildə Azərbaycan Fotoqrafları Birliyinin üzvləri Famil Mahmudbəyli və Əziz Kərimov öz həyatlarını riskə ataraq Ukraynaya yollanıb, Rusiyanın genişmiqyaslı təcavüzünün nəticələrini və müharibə şəraitində ukraynalıların həyatını sənədləşdiriblər.
Viktor Andriyoviç Yuşenko həmçinin Azərbaycan KİV-lərinin nümayəndələri ilə söhbət edib və yerli mediaya müsahibələr verib. Müsahibələr zamanı o, beynəlxalq gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliyə və Ukraynaya dəstəyə, eləcə də Azərbaycanla strateji əməkdaşlığa və gələcək əməkdaşlığın perspektivlərinə toxunub.


“Ukrayna Azərbaycan rəhbərliyinin və xalqının dəstəyini və yardımını yüksək qiymətləndirir, dövlətlərimiz arasında dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır. Viktor Yuşenkonu Bakıda səmimiyyətlə qarşılamaqdan məmnun olduq və onun səfərinə, həmçinin Ukrayna–Azərbaycan münasibətlərinin daha da dərinləşdirilməsinə göstərdiyi diqqətə görə minnətdarıq”, – deyə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux