18 may - Krım - tatar xalqının soyqırımı qurbanlarının anım günüdür
18 May 2020 08:29

Krım - tatar xalqının 1944-cü il deportasiyası qurbanlarının yad edilməsi məqsədilə, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində Ukrayna bayrağı ilə birgə Krım-tatar bayrağı da matəm lenti ilə qaldırılacaq.

Krım-tatar xalqının deportasiyası qurbanlarının yadedilmə mərasiminə "Sumqayıt ş. İvan Franko adına Ukrayna icması" diaspor təşkilatının fleşmov keçirən nümayəndələri qoşulub.

Hər il Ukraynada 1944-cü ildə baş vermiş Krım-tatar xalqının deportasiyası qurbanları yad edilir.

İki gün ərzində, mayın 18-dən 20-nə qədər 238 min Krım tatarı, əsasən də qadınlar, uşaqlar, yaşlı insanlar Krımdan Mərkəzi Asiya, Sibir, Uralın uzaq regionlarına "düşmənə kömək etmək" xain ittihamlarına görə "satqın" olaraq sürgün edilmişdir.

XDİK (Xalq Daxili İşlər Komissarlığınının) əməliyyatına 32 min çekist cəlb edilmişdir. Onlar qorxu içində olan insanları evlərindən qovur və stansiyada mal daşıyan vaqonlara doldururdular. Ağır xəstələri və müqavimət göstərənləri yerindəcə güllələyirdilər.

Şahidlərin sözlərinə görə: "Fəryad səsləri bütün Krıma yayıldı. Torpaq da ağlayırdı"; "deportasiyaya hazırlaşmaq üçün beş dəqiqə vaxt verdilər. Atam cəbhəyə getmişdi, anam isə bilmirdi uaşaqlara baxsın, ya əşyaları toplasın. Heç nə götürmədik. Ayaqyalın eləcə getdik".

Yol boyu qapalı vaqonlarda 8 minə yaxın insan əsasən susuzluq və tif xəstəliyindən vəfat etdi. İnsanlar əzabdan dəli olurdular.

Sağ qalanlar üçün son təyinat nöqtəsi tikanlı məftilli, silahlı mühafizəçili əmək düşərgələrini xatırladan xüsusi yerləşmə yerləri oldu. Beş il ərzində həmin 8,5 min nəfərin çoxu qaçdı, qaça bilməyənlər isə tuutldu və güllələndi.

20 may tarixində Krımda demək olar ki, Krım tatarı qalmamışdır.

Beləliklə, Stalinin "bütün Krım Tatar əhalisini" iyunun 1-dək sürgün edilməsi barədə gizli qərarı vaxtından əvvəl yerinə yetirildi. Lakin, sonradan Arabat əqrəbindəki Krım tatarlarının ailələrini unutduqları məlum oldu. "Lider" in qəzəbindən qorxaraq, İyulun 20-də cəza verənlər insanları köhnə bir barjaya toplayıb Azov dənizində batırdılar. Qaçmağa çalışanlar pulemyotla öldürüldü.

İkinci Dünya müharibəsində 20 mindən çox Krım tatarı cəbhədə vuruşub, mükafat alıb. Sovet hakimiyyəti "təşəkkür əvəzi" onların doğmalarını sürgün etməklə qalmayıb, 1945-1946-cı illərdə müharibədən qayıdanları da - cəbhəçilər arasında 9 minə yaxın Krım tatarını sürgün edib.

Krım tatarları daha öncə də irimiqyaslı müsibətlər yaşayıb: Krım 1783-cü ildə Rusiya tərəfindən işğal edilib, 1853-1956-cı illərdə davam edən məhvedici Krım müharibəsini də qeyd etmək lazımdır.

Lakin 1944-cü il sürgünü əsl faciə olmuşdur.

İlk iki il ərzində aclıqdan, kütləvi xəstəliklərdən, xüsusi yerləşmə yerlərindən yaşayış şərtlərinin qəsdən ağırlaşdırılması nəticəsində Krım tatarlarının 46% həlak olmuşdur. O zamanlar Krım xatırladan hər şey məhv edilirdi - mədəni irsən başlayaraq şəhər və kəndlərin adları dəyişdirilirdi, məscidlər kinoteatr və dükanlara çevirilirdi.

Ukrayna Ali Radası Krım tatarlarının Krımdan 1944-cü ildə törədilmiş deportasiyasını Krım-tatar xalqının soyqırımı kimi tanımışdır.

Bu cinayətin köhnəliyi yoxdur!

Krım-tatar xalqının müstəqil Ukrayna dövlətinin tərkibində dirçəlişi 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı ilə yenidən dayandırılmışdır. 21-ci əsrdə Krım tatarları yenidən Moskvanın neoimperialist ambisiyalarının qurbanı olmuşdur.

Məclis, tatardilli kütləvi informasiya vasitələri qadağan edilmiş, tatar dili tədris edilən məktəblər dəstəksiz qalmışdır.

Kütləvi toplaşma, o cümlədən, 1944-cü il sürgünü qurbanlarının anımı məqsədilə hər il Simferopolda keçirilən matəm mitinqləri qadağan edilmişdir.

RF-da ədalətli məhkəmə sistemi olmadığı üçün, Krım-tatar fəalları və sadəcə biganə qalmayan şəxslər repressiya rejimi tərəfindən təqib edilir və qorxudulur, döyülür, yox edilir, əsassız axtarışlar, həbslər edilir və s. Bir qayda olaraq, mülki şəxslərə qarşı "terrorizm" uydurma ittihamlardan istifadə olunur.

Bu zamanlarda Krımda yenidən siyasi məhbuslar var, onlar ən çox "Kremlin məhbusları" adı altında məhşurdur. Onların arasında "terrorizm aktının təşkilinə görə" 20 il həbs cəzası almış, 2018-ci ildə Avropa Parlamentində Saxarov Mükafatının laureatı olmuş kinorejissor Oleq Sentsov, evi üzərinə Ukrayna bayrağını sacdığına görə həbs edilmiş fəal Vladimir Balux və onlarla digər məhbuslar var.

Ən yeni faktlardan biri kimi 11 mart 2020-ci il tarixində "Krım həmrəyliyi" adlı ictimai birliyinin 7 fəalına dair aparılmış axtarışlar, həbslər, Baxçisarayda təhqir edilməsi halları olmuşdur.

Repressiyalara baxmayaraq, Krım tatarları bu öz hüquqları - insan hüquqları, yerli xalqın öz doğma torpağında azad yaşamaq hüququ uğrunda mübarizə aparırlar.

Tanınmış Ukrayna müğənnisi, Krım tatarı Camala Avroviziya-2016 müsabiqəsində "1944" mahnısı ilə qalib olmuşdur. Mahnıya deportasiya dəhşətlərinin şahidlərinin xatirələri daxil edilmişdir. Müsahibəsində o qeyd etmişdir ki: "Mən bütün Ukraynada oxuyuram, mən Krım üçün oxuyuram, həqiqətən də, mən istəyirəm ki, mənim mahnım okeanda bir damla misalı kimi Ukraynanın və Krım tatarlarının problemlərini açıqlamağa kömək etsin".

Bu birgə ağrı, birgə tarixdir!

Beləliklə, Krım Tatar Soyqırımı qurbanlarının anılması təkcə günahsız deportasiya qurbanlarının xatirəsi deyil, həm də Krım tatar xalqının öz gələcəyi uğrunda mübarizədə dəstəyinin göstəricisidir.

Bu cür dəstək üçün sivil beynəlxalq birliyin səylərini daha da gücləndirmək, təcavüzkar ölkə olan Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirmək çox vacibdir.

Nəticədə, birgə fəaliyyət onu Krımda insan hüquqlarının geniş miqyasda pozulmasına son qoymağa məcbur edəcək, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Ukraynanın ərazi bütövlüyünün bərpasına kömək edəcəkdir.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux