Yaddaş və barışıq günü, İkinci dünya müharibəsində nasizm üzərində Qələbə günü
08 May 2020 14:26

Hər il Ukraynada 8 may tarixi Yaddaş və barışıq günü, 9 may isə İkinci dünya müharibəsində nasizm üzərində Qələbə günü kimi qeyd edilir. Bu günlərdə ukraynalılar beynəlxalq ictimaiyyətlə birgə İkinci dünya müharibəsi qurbanlarını qeyd edir. 

Ukraynalılar, azərbaycanlılar kimi, nasist Almaniyası və onun müttəfiqləri üzərində qələbəyə böyük töhfə vermişdir. 

6 milyondan çox ukraynalı SSRİ ordusunun tərkibində, 1 milyona yaxın - Boyük Britaniya, Kanada, Polşa, ABŞ, Fransa, eləcə də Ukraynada azadlıq hərəkatı sıralarında (100 min nərəf Ukrayna Üsyançı Ordusunda) vuruşub. Tarixçilərin təxmini hesablamalarına görə, 8 milyondan çox şəxs 1939-1945-ci illərdə o zamanki Ukrayna SSR yaşayan ukraynalılar və digər millətlər demoqrafik itki təşkil edib.

660 mindən çox azərbaycanlı bu müharibədə cəbhədə vuruşub, onların yarısı geri dönməyib. İkinci dünya müharibəsi zamanı azərbaycanlılar, həmçinin, anti-hitler koalisiyasının digər ölkələrinin ordu və müqavimət hərəkatında vuruşublar. Bakı nefti qələbənin qazanmağında mühüm rol oynayıb: SSRİ ordusu üçün 90% mühərrik yağı, 80% benzin, 70% neft Azərbaycandan tədarük edilmişdir.

Bu günlərdə Ukrayna və Azərbaycanda, həm də digər ölkələrdə veteranlar yad, konsentrasiya düşərgələrinin məhbusları, ostarbayterlər, müharibə uşaqları, işğal və döyüş hərəkatlarının qurbanları olmuş mülki şəxslər yad edilir.

Bu müharibənin dəhşətləri insan yaddaşından silinə bilməz, çünki bu qırılmış insan taleləri, dağılmış ailələr, itirilmiş nəsildir. Onlar bizə sadəcə dəhşətli fəlakət barədə xatırlatmır, silahlı münaqişələrin həlli yolunun acınacaqlılığını da sübut edir. Bu xüsusən də bu gün aktualdır, çünki həm Ukrayna, həm də Azərbaycan, çox sayda insan inkisi bahasına xarici silahlı təcavüzlı mübarizədə öz ərazi bütövlüyünü qoruyur.

Ənənəvi olaraq Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi "Azərbaycanın Ukrayna Konqresi" və "Sumqayıt ş. İ.Franko ad. Ukrayna icması" diaspor təşkilatları ilə birgə yaddaş və barışıq günü, eləcə də nasizm üzərində qələbəyə həsr edilmiş tədbirlər keçirir.

Bu il Ukrayna Səfirliyinin nümayəndələri Ukrayna icmasının üzvləri, Ukrayna ərazisində gedən döyüşlərdə iştirak etmiş Kuvayeva Klavdiya İvanovna və Şevçenko Valentina Fedotovnanı ziyarət ediblər, onlara Ukrayna istehslaı olan ərzaq səbətləri təqdim ediblər. Onlara cansağlığı arzu edirik, onların qələbəyə verdiyi töhfələri yüksək qiymətləndiririk!

"Azərbaycanın Ukrayna Konqresinin" nümayəndələri təşkilatın rəhbəri Y.L.Osadçenkonun başçılığı ilə Bakı şəhərindəki Memorial önünə gül qoyaraq müharibədə həlak olanları yad ediblər.

 "Sumqayıt ş. İ.Franko ad. Ukrayna icmasının" ən kiçik nümayəndələri fə müharibə veteranlarını öz rəsmləri ilə təbrik etdilər. 

 

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux