19 aprel tarixində “The Landmark Hotel Baku” otelinin Rotunda zalında Azərbaycan və Ukrayna sənətçilərini, diplomatlarını, xeyriyyəçilərini və Ukraynanın dostlarını bir araya gətirən tədbir baş tutdu. Bu tədbirin əsas məqsədi müharibədən zərər çəkmiş ukra
30 Aprel 2025 08:53

“Uşaqlar üçün, gələcək naminə. Ukrayna — Azərbaycan” adlı xeyriyyə konserti musiqinin xalqları birləşdirə, qəlblərə toxuna və ümid bəxş edə bildiyini bir daha sübut etdi.
Səhnədə tanınmış azərbaycanlı ifaçılarla yanaşı, DITY.HELP xeyriyyə platformasının gənc ukraynalı istedadları da çıxış etdilər. Bu gənclər “Qara Dəniz Oyunları”, “Dity.Help Music” və “Uşaq Avroviziyası” kimi nüfuzlu müsabiqələrin qalibləri və laureatlarıdır. Onlara SHAHDAG GUBA & TRUSKAVETS MEDICAL SANATORIUM sağlamlıq düşərgəsində reabilitasiya keçən digər ukraynalı uşaqlar da qoşuldu. Bu axşam onlar üçün istedadlarını nümayiş etdirmək, sevgi və dəstəyi hiss etmək üçün bir fürsət oldu.
Tədbirin aparıcıları — cazibədar və səmimi çıxışları ilə auditoriyanı emosional proqram boyunca müşayiət edən Qalina Zavıyska və Rufət Xələfov idi. Konsertin rejissoru isə Dity.Help Music layihəsinin koordinatoru Nadiya Yevstratovska idi.
Konsert Azərbaycan və Ukrayna dövlət himnlərinin ifası ilə başlandı. Azərbaycanın himnini Seymur Qasımzadə və Sevinc Əsədullayeva, Ukraynanın himnini isə Dity.Help Music iştirakçıları və Rima Şapovalova ifa etdilər.
Tədbirdə Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuriy Husyev və Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə səmimi nitqlərlə çıxış etdilər.
Səfir Yuriy Husyev konsert proqramının başlanğıcında Ukraynada Rusiya təcavüzü nəticəsində həlak olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi:
“Bu günə olan məlumata görə, 600-dən çox uşaq həlak olub, təxminən 2000 uşaq yaralanıb. Gəlin onların xatirəsini bir dəqiqəlik sükutla yad edək!” – deyə o, auditoriyaya müraciət etdi.
Proqram olduqca zəngin və duyğulu idi. İfa olunanlar arasında mahnılar, şeirlər, rəqslər və bədii nömrələr yer aldı. Ukraynalı gənc ifaçılardan tədbirdə iştirak edənlər: Darina Zubryıska, Anastasiya Lavrentieva, Anastasiya Dımıd, Tais Klochkova, İrina Drevniak, Zlata Solonenko, Anna Tkaç, Viktoria Yarova, Danılo Ostapçuk, Artem Kotenko. “Mənim Ukraynam” mahnısını isə Ukraynanın Əməkdar artisti Rima Şapovalova ifa etdi.
Tədbiri Azərbaycanın tanınmış ifaçıları da dəstəklədi:
Dilarə Kazımova (Eurovision 2014 finalçısı), Eldar Qasımov (Eurovision 2011 qalibi), Sevinc Əsədullayeva və Seymur Qasımzadə.
Bu konsert bir çox insan və təşkilatın birgə səyi nəticəsində mümkün oldu.
Xüsusi təşəkkürlər: Ukrayna Xarici İşlər Nazirliyinə, Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahına, Ukraynanın Azərbaycandakı Səfirliyinə, Bakıda fəaliyyət göstərən Ukrayna Mərkəzinə, Dity.Help xeyriyyə platformasına
Tədbirin təşəbbüskarları: Ukraynanın Səfiri Yuriy Husyev, Tavriya Fondunun və Dity.Help-in təsisçisi Mıkola Bahraev, “Gələcəyin insanları” layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk və layihənin tərəfdaşı Vyacheslav Zhukov idilər. 
Tərəfdaşlara dərin minnətdarlığımızı bildiririk: NEQSOL Holding – Ukrayna və Azərbaycanda aktiv fəaliyyət göstərən beynəlxalq investisiya şirkəti; The Landmark Hotel Baku – qonaqpərvərlik və dəstəyə görə; SHAHDAG GUBA & TRUSKAVETS MEDICAL SANATORIUM – ukraynalı uşaqların reabilitasiyasına görə; “Soloha” restoranlar şəbəkəsi – Ukrayna mətbəxi və mədəniyyətinə olan sevgiyə görə
İnformasiya tərəfdaşları: MINVAL POLITIKA, Haqqin, HH PODCAST, M1 telekanalı
Texniki dəstək: PR!ME şirkəti
Foto və video çəkiliş: Black & Black Production
Xüsusi təşəkkürlər: Ukraynanın Əməkdar artisti Rima Şapovalova və videoqraf Oleksii Krupa, Ukrayna Qızıl Xaç Cəmiyyəti və Guru Fund fonduna.
Bu axşamı bizimlə paylaşan hər kəsə böyük təşəkkür edirik!
Qoy uşaqların səsi bizim ümidimiz və ilhamımız olsun!
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux