Bu gün Ukrayna Xarici İşlər Nazirliyinin tapşırığına əsasən, Ukraynanın Səfirliyində və dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərində Dövlət Bayraqları 2025-ci il aprelin 24-də Rusiya tərəfindən Kiyev şəhərində törədilmiş dəhşətli terror aktında həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq endirilmişdir.
Hadisə nəticəsində dünənə olan məlumata görə, 10 nəfər həyatını itirmiş, 70 nəfər yaralanmışdır. Yaralılar arasında uşaqlar da var. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Səfirlik 2025-ci il aprelin 25 və 26-da fəaliyyət göstərəcək Elektron Matəm Kitabını açır. Başsağlığı bildirmək istəyən hər kəs aşağıdakı elektron poçt ünvanına məktub göndərə bilər:
[email protected].