1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor təbii və sosial mənşəli təsadüfi bir hadisə deyildi. “Aclıqdan ölüm” totalitar hökumətin məqsədyönlü şəkildə tətbiq etdiyi aclıq terrorunun nəticəsi idi. Bu, Rusiyanın hakimiyyəti altında olmaq istəməyən ukraynalıların cəzası oldu.
Bu gün Qolodomor mövzusu xüsusi əhəmiyyət kəsb edir, çünki ukraynalılara qarşı soyqırım yenidən təkrarlanır.
Xalq arasında deyirlər ki, keçmişini bilməyən gələcəyə layiq deyil. Bəşəriyyət nəinki öz tarixini unutmamalı, həm də bu cür faciələrin təkrarlanmaması üçün düzgün nəticələr çıxarmalıdır. Çünki cəzasız qalmış pislik həmişə təkrarlanır.
90 il əvvəl törədilmiş Qolodomor və bu gün Ukraynaya qarşı gedən müharibə Kremlin əl işidir:
- XX əsrdə ukraynalılar üç qolodomor yaşadılar: 1921-1923, 1932-1933 və 1946-1947 illərdə.
- 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor Ukrayna xalqının soyqırımıdır.
- Müxtəlif mənbələrə görə 5-8 milyon insan həlak olmuşdur, bəzi tarixçilər isə 10-11 milyon insanın öldüyünü bildirir.
- 1933-cü ilin yazında Ukraynada hər dəqiqədə 17, hər saat 1000, hər gün 24 mindən çox adam ölürdü.
- SSRİ/Rusiya öz cinayətlərini yalan və təbliğat divarı arxasında gizlətməyə çalışır.
- İndiki müharibədə Rusiya 1932-1933-cü illərdə Qolodomor zamanı olduğu kimi eyni məqsədi güdür - Ukrayna xalqını bir millət kimi məhv etmək. Bunun üçün Putin rejimi “rus dünyası” şovinist ideologiyasını uydurub.
- Ukraynalılar yenidən kütləvi qətllər, yaşayış məntəqələrinin bombalanması, cinsi zorakılıq, deportasiyalar, aclıq və soyuqluqla şantaj yaşayır.
- Rusiyanın təcavüzkar siyasəti bəşəriyyətin keçmişin dəhşətli dərslərini almamasının nəticəsidir.
- Rusiya qida terrorundan beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə edir.
- Ukraynanın qələbəsi bütün demokratik dünyanın qələbəsi deməkdir. Tarixi ədalətin bərpası vacibdir.
Ukrayna ümid edir ki, sovet terrorunun nə olduğunu özü bilən Azərbaycan Respublikası 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edəcək!
