Bakıda 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomorun 90 illiyinə həsr olunmuş tematik gecə keçirilib
26 Noyabr 2022 18:30

Bakıda 1932-1933 illərdə Ukraynada baş vermiş Qolodomorun 90-cı ildönümünə həsr olunmuş tematik axşam keçirilmişdir. 

Tədbir çərçivəsində “Ukraynalıların qınanmamış soyqırımı təkrarlanır” adlı sərgi açılıb, bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri haqqında film nümayiş olunub.

Vurğulandı ki:

- 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor Ukrayna xalqının soyqırımıdır. Qəsdən yaradılmış aclıq milyonlarla ukraynalının ölümünə səbəb oldu, sağ qalanların həyatını isə məhv etdi;

- O zaman SSRİ, bu gün Rusiya cinayətlərini yalan və təbliğat divarı arxasında gizlətməyə çalışır;

- indiki müharibədə Rusiya 1932-1933-cü illərdə Qolodomor zamanı olduğu kimi eyni məqsədi güdür- Ukrayna xalqının məhv etmək istəyir;

– Ukraynalılar yenidən kütləvi qətllər, yaşayış məntəqələrinin bombalanması, cinsi zorakılıq, deportasiya, aclıq və soyuqluqla şantaj yaşayır;

- Rusiyanın təcavüzkar siyasəti bəşəriyyətin keçmişin dəhşətli dərslərini öyrənməməsinin nəticəsidir;

- Rusiya qida terrorundan beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə edir;

- Ukraynanın qələbəsi bütün demokratik dünyanın qələbəsi deməkdir. Tarixi ədalətin bərpası vacibdir;

- Ukrayna ümid edir ki, Azərbaycan Respublikası 1932-1933-cü illərin Qolodomorunun Ukrayna xalqının soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edəcək.

Azərbaycanın Ukrayna icmasına və bu tədbirin təşkili və keçirilməsində iştirak etmiş hər kəsə, xüsusən də Polşa Səfiri Rafal Poborski, Almaniya Səfiri Xayko Şvartsa, İ.Franko adına Ukrayna İcmasının Sədri Tamilla Musayevaya, Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenə, eləcə də 1932-1933 illərdə Ukraynada baş vermiş Qolodomorun 90-cı ildönümünə həsr olunmuş tədbirdə iştirak etdiklərinə görə Azərbaycanlı jurnalistlərə və ekspertlərə təşəkkür edirik. Ayrıca olaraq Kapellhaus komandasına qonaqpərvərliyə görə təşəkkür edirik. 

Hər kəsi noyabrın 28-də saat 10:00-dan 16:00-a kimi Kapellhausda (28 May küçəsi, 35) açıq olacaq "Ukraynalıların qınanmamış soyqırımı təkrarlanır" adlı sərgisini ziyarət etməyə dəvət edirik. Giriş pulsuzdur.

Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux