1932-1933-cü illərdə Ukraynada cinayətkar kommunist totalitar rejimi tərəfindən törədilmiş Qolodomorun qurbanı olmuş həmvətənlərimizin xatirəsini ehtiramla yad edərək,
milyonlarla ukraynalının qəsdən və məqsədyönlü şəkildə aclıqdan öldürülməsinin hələ də öz məqsədini dəyişməmiş Ukraynanı və Ukrayna xalqını məhv edən Rusiya imperializminə aid Ukrayna xalqına qarşı soyqırım aləti olduğunu vurğulayaraq;
Rusiya Federasiyası tərəfindən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən Ukrayna taxılının çıxarılması, Kaxovka SES-in partladılması nəticəsində təcavüzkar dövlət tərəfindən törədilən ekosid, mühüm infrastruktur obyektlərinin və anbarların ərzaq və humanitar yardımlı yüklərin atəşə tutulması, Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilərdə Ukraynanın siyasi və mədəni elitalarının ləğvi, əhalinin assimilyasiyası, ukraynalı uşaqların Ukraynadan kənara deportasiyası və məcburi köçürülməsi, mədəni irs obyektlərinin məhv edilməsi, oğurlanması və çıxarılması, Ukraynanın milli yaddaşını, Ukrayna kimliyini məhv etməyə və yerinə rus kimliyini tətbiq etmə cəhdlərinin rusiya federasiyasının Ukraynaya və Ukrayna xalqına qarşı istifadə etdiyi metodların dəyişmədiyini vurğulayaraq,
Ukraynanın 1932-1933-cü illərdən fərqli olaraq, bizə bütün lazımi yardımı göstərən və göstərməkdə davam edən azad dünya ölkələri və xalqları ilə çiyin-çiyinə rus imperializminə qarşı mübarizə apardığını minnətdarlıqla vurğulayaraq,
və Ukraynada 1932-1933-cü illərdə baş vermiş Qolodomorun 90-cı ildönümü ilə əlaqədar Ukrayna Ali Radası:
bu dəhşətli faciəni yaşamış bütün vətəndaşları hörmətlə anır. Süni şəkildə yaradılmış aclıq Ukrayna xalqına qarşı kütləvi qırğın silahı kimi, Ukrayna xalqının müstəqil dövlət qurmaq arzularının amansızcasına boğulması, Ukrayna millətinin, onun kimliyi, tarixi və mədəniyyətinin məhv edilməsi üçün istifadə edilmişdir;
SSRİ totalitar rejiminin Ukraynada Qolodomorun təşkilinə yönəlmiş, Ukrayna xalqının sosial əsaslarının, onun əsrlər boyu adət-ənənələrinin, mədəniyyətinin, genefondunun və etnik kimliyinin əhəmiyyətli dərəcədə məhv edilməsi ilə nəticələnən cinayət əməllərini bir daha pisləyir;
Ukraynada baş vermiş Qolodomoru soyqırım aktı kimi tanıyan xarici dövlətlərə və beynəlxalq təşkilatlara, daha doğrusu isə, Avstraliya, Belçika Krallığı, Bolqarıstan Respublikası, Ekvador Respublikası, Estoniya Respublikası, Gürcüstan, İrlandiya, İslandiya, Kanada, Kolumbiya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Lüksemburq Böyük Hersoqluğu, Meksika Birləşmiş Ştatları, Moldova Respublikası, Niderland Krallığı, Paraqvay Respublikası, Peru Respublikası, Polşa Respublikası, Portuqaliya Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası, Amerika Birləşmiş Ştatları, Macarıstan, Almaniya Federativ Respublikası, Fransa Respublikası, Xorvatiya Respublikası, Çexiya Respublikası, habelə Baltik assambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasına dərin təşəkkürünü bildirir;
ukraynalıları müasir, uğurlu demokratik dövlət qurmaq istəyinə, Birləşmiş Avropanın bir hissəsi olmaq seçiminə görə cəzalandırmaq məqsədi daşıyan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı, əsassız silahlı təcavüzünü Rusiyanın soyqırım imperiya siyasətinin davamı kimi tanıyır;
Bu çətin zamanda Ukrayna xalqına dəstək verən və təcavüzkarın 90 illər öncə törətdiyi soyqırımını təkrarlamaq cəhdlərinin qarşısını alan beynəlxalq təşkilatlara, hökumətlərə, dövlət xadimlərinə, ictimai sektorun nümayəndələrinə və dünyanın bütün ölkələrindən olan insanlara dərin təşəkkürünü bildirir;
beynəlxalq təşkilatları və dünya ölkələrinin parlamentlərini bir daha tarixi ədaləti bərpa etməyə və Ukraynada 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqına qarşı soyqırım cinayəti kimi tanımağa çağırır və bunun yeni soyqırım aktlarına əl atmaq istəyən həmin siyasi rejimlər üçün mühüm siqnal, eləcə də gələcək nəsillər üçün dinc və təhlükəsiz gələcəyin təmin edilməsi vəzifəsinə mühüm töhfə olacağını vurğulayır.