23.06.2021-ci il tarixində Ukraynanın Nazirlər Kabineti tərəfindən №657 “Ukrayna Nazirlər Kabinetinin 09 dekabr 2020-ci il tarixli, №1236 qətnaməsinə dəyişikliklərin edilməsi haqqında” qətnamə qəbul edilmişdir. Həmin qətnamənin müddəalarına əsasən 02.07.2021-ci il tarixindən etibarən müxtəlif kateqoriyalı səyahət edənlərin Ukraynaya girişi və orada qalmasına dair qaydalar dəqiqləşdirilmişdir (aktın mətni hökumət veb-portalında:
https://www.kmu.gov.ua/npas/pro- vnesennya-zmin-do-postanovi-ka-a657).
Hökumətin qeyd olunan qətnaməsinə əsasən, Ukraynanın Nazirlər Kabinetinin 09.12.2020-ci il tarixli, №1236 “SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması məqsədilə karantinin təyin edilməsi və məhdudlaşdırıcı epidemiyaya qarşı tədbirlərin tətbiqi haqqında” qətnaməsinin 2-2 bəndinin 5 yarımbəndi ilə müəyyən edilmiş tələblərin davamı olaraq, 2 iyul 2021-ci il saat 00:00-dan etibarən karantin müddətində Hindisatn Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Rusiya Federasiyası, Portuqaliya Respublikasından gələn və ya son 14 gün ərzində 7 gündən az olmayaraq həmin ölkələrin ərazisində olmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən dövlət sərhədinin buraxılış məntəqələrində (nəzarət məntəqələrində) aparılmış SARS-CoV-2 koronavirusunun anti-geninin müəyyən edilməsi üzrə ekspress testin mənfi nəticəsi tələb olunacaq.
Adıçəkilən ekspress testin mənfi nəticəsi olmadığı halda qeyd olunan kateqoriya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən keçidi qeyri-mümkün olacaq.
Eyni zamanda, qeyd olunan tələb aşağıdakı kateqoriya əcnəbilərə tətbiq olunmur:
- 12 yaşına çatmamış şəxslər;
- Daimi olaraq Ukrayna ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, əlavə müdafiəyə ehtiyacı olan şəxslər və ya qaçqınlar;
- Ukraynada akkreditə olunmuş, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluq müəssisələrinin, beynəlxalq missiyaların rəsmi nümayəndələrinin əməkdaşları və onların ailə üzvləri;
- müntəzəm, qeyri-müntəzəm daşımaları həyata keçirən nəqliyyat vasitələrinin, avtobusların sürücüləri və ekipaj üzvləri, hava və dəniz, çay gəmilərinin ekipaj üzvləri, qatar və lokomotiv briqadaların üzvləri;
- Silahlı qüvvələrin bölmələrinin hazırlığı üzrə tədbirlərdə iştirak edən NATO üzv-dövlətlərinin və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçı dövlətlərinin silahlı qüvvələrinin (bölmələrin) hərbi qulluqçuları.
SARS-CoV-2 koronavirus antigeninin aşkarlanması üçün test məntəqələri sərhəd keçidlərinin sərhəd nəzarət zonalarında yerləşir.
Yuxarıda son 14 gün ərzində ən azı yeddi gün qeyd olunan ölkələrdə olmuş Ukraynaya gələn Ukrayna vətəndaşları, Ukraynada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mütləq şəkildə özünü təcrid və observasiyaya məruz qalır.
Eyni zamanda, özünü təcrid və observasiya tələbindən aşağıdakılar azad edilir:
- 12 yaşına çatmamış şəxslər;
- müntəzəm, qeyri-müntəzəm daşımaları həyata keçirən nəqliyyat vasitələrinin, avtobusların sürücüləri və ekipaj üzvləri,
- hava və dəniz, çay gəmilərinin ekipaj üzvləri, qatar və lokomotiv briqadaların üzvləri.
Özünü təcrid, observasiya tələbinə aid olan şəxslər “Vdoma” adlı mobil tətbiqi yükləməli və aktivləşdirməlidir. Mobil tətbiqi yükləyə bilməyən şəxslər observasiyaya məruz qalacaq.