25 fevral tarixində Ukraynanın Baş nazirinin birinci müavini – Ukraynanın energetika naziri Denis Şmıqal ilə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov arasında mühüm onlayn görüş keçirilib
26 Fevral 2026 15:20

Energetika qurumlarının rəhbərləri Ukraynanın enerji sisteminin vəziyyətini və Ukrayna və Azərbaycan liderləri – Volodimir Zelenski və İlham Əliyev arasında yaxın vaxtlarda Münxendə Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.


Bundan əvvəl Ukraynanın Azərbaycandakı Səfiri Yuriy Husyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ilə ayrıca məhsuldar görüş keçirib. Görüş zamanı Ukraynaya göstərilən ardıcıl dəstəyə, xüsusilə təqdim edilən enerji avadanlıqları və humanitar yardıma görə təşəkkürünü bildirib. Bu dəstək davam edən Rusiya təcavüzü şəraitində Ukraynanın enerji sisteminin dayanıqlığının gücləndirilməsinə mühüm töhfə verir. Həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq praktiki addımlar da ətraflı müzakirə olunub. Xüsusilə qaz təchizatının diversifikasiyası, Ukraynanın qaz anbarlarının potensialından istifadə və hər iki ölkənin dövlət və özəl enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.


Ukrayna Azərbaycanın göstərdiyi həmrəyliyi yüksək qiymətləndirir və enerji sahəsində strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.
Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux