❗️ 8 may tarixində Ukrayna digər Avropa ölkələri və dünya ilə birlikdə nasizm üzərində qələbənin 80 illiyini qeyd edəcəkdir
06 May 2025 16:51

Biz İkinci Dünya Müharibəsinin yaddaşını əziz tuturuq — bu elə bir müharibə idi ki, hər bir ukraynalı ailənin taleyinə toxundu. Cəbhə xətti ölkəmizin ərazisindən iki dəfə keçdi və Ukrayna xalqının ümumi insan itkisi səkkiz milyon nəfər təşkil etdi: beş milyonu mülki vətəndaşlar, üç milyonu isə hərbçilər idi.


6 milyondan çox ukraynalı Qırmızı Ordu sıralarında döyüşüb, yüz minlərlə insan isə müqavimət hərəkatlarında və antihitlerçi koalisiyanın müttəfiq ordularında yer alıb.


Bu gün isə, nasizm üzərində qələbə çalmış və Avropada sülh və azadlıq uğrunda yüksək bədəllər ödəmiş Ukrayna xalqına qarşı amansız və təcavüzkar müharibə aparılır. Bu müharibədə Rusiya ordusu yüz minlərlə hərbi cinayət törədib, artıq 620 uşaq öldürülüb, təxminən 2000 uşaq yaralanıb, ən azı 20 min ukraynalı uşaq zorla deportasiya olunub.


Dinc sakinlərin güllələnməsi, kütləvi məzarlıqlar, zorlamalar, qarət, dinc girovların saxlanılması, hərbi əsirlərin işgəncəyə və edama məruz qalması, qeyri-selektiv silahlardan istifadə, yaşayış məhəllələrinə, enerji və mülki infrastruktur obyektlərinə zərbələr — bunların hamısı Rusiya ordusunun Ukraynada törətdiyi və davam etdirdiyi vəhşiliklərdir. Avropa belə bir miqyaslı qəddarlığı İkinci Dünya Müharibəsindən bəri görməyib.


9 may tarixində məhz bu ordu Moskvanın Qızıl Meydanında paradla yürüş edəcək. Bu insanlar Avropanın azad edilməsi ilə bağlı deyillər — onlar işğalçılar və hərbi cinayətkarlardır. Onlarla birlikdə addımlamaq — nasizm üzərində qələbəni anmaq deyil, öldürülən ukraynalı uşaqların, mülki və hərbi şəxslərin qanına ortaq olmaq deməkdir. Rusiya 9 may paradına xarici hərbi qulluqçuları dəvət etməklə öz hərbi cinayətlərini ört-basdır etməyə və təcavüzünü haqlı çıxarmağa çalışır.


Ukrayna bu paradda xarici hərbi qulluqçuların iştirakını qəbuledilməz hesab edəcək və bunu nasizm üzərində qələbənin, habelə səkkiz onillik əvvəl Avropanı və Ukraynanı azad edən milyonlarla ukraynalı əsgərin xatirəsinə təhqir kimi qiymətləndirəcək.


Bütün xarici dövlətləri 9 may tarixində Moskvadakı parada hərbi qulluqçularını göndərməkdən imtina etməyə çağırırıq. Bu xüsusilə, Rusiya təcavüzü ilə bağlı neytral mövqe nümayiş etdirən və ya beynəlxalq münasibətlərdə ardıcıl neytral mövqe tutan ölkələrə aiddir. Bu ölkələrin hərbçilərinin birgə paradda iştirakı onların bəyan etdikləri neytrallığı pozacaq və təcavüzkar dövlətə dəstək kimi qəbul ediləcək.


Bütün xarici dövlətləri və beynəlxalq təşkilatları İkinci Dünya Müharibəsinin qurbanlarının və nasizm üzərində kollektiv qələbənin xatirəsini layiqincə anmağa çağırırıq — elə ki, bu anım Rusiya təcavüzünü və ukraynalılara qarşı törədilən vəhşilikləri haqlı çıxarmasın.







Outdated Browser
Для комфортної роботи в Мережі потрібен сучасний браузер. Тут можна знайти останні версії.
Outdated Browser
Цей сайт призначений для комп'ютерів, але
ви можете вільно користуватися ним.
67.15%
людей використовує
цей браузер
Google Chrome
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
9.6%
людей використовує
цей браузер
Mozilla Firefox
Доступно для
  • Windows
  • Mac OS
  • Linux
4.5%
людей використовує
цей браузер
Microsoft Edge
Доступно для
  • Windows
  • Mac OS
3.15%
людей використовує
цей браузер
Доступно для
  • Windows
  • Mac OS
  • Linux